Poladdan daha möhkəm məhsul nədir?

Poladdan daha möhkəm məhsul nədir?

Cavab verirəm: KAĞIZ ...

Kanadanın Alberta əyalətində poladdan daha möhkəm kağız istehsal olundu. Əyalət hökuməti ilə federal hökumətin ortaq şəkildə icra etdikləri "Alberta ixtiralar sistemi” daxilində bir müddətdir ki, davam edən işlərdə “Nanocrystalline cellulose” (NCC) adlı bir maddə əldə edildi.

Alberta Texnologiya naziri Greg Weadick, mövzu ilə əlaqədar çıxışında "Ağac və saman qarışığından əldə etdiyimiz maddə poladdan daha möhkəm və dayanıqlıdır. Pilot plantlarda, hələlik, həftədə 100 kiloqram istehsal olunacaq NCC ətrafa zərərsiz, yüngül, möhkəm və istifadə sahəsi olduqca genişdir. Qırılan sümüklərin yenidən və daha möhkəm bərpasından tutmuş, ağıla gələn hər sahədə istifadə edilə biləcək xüsusiyyətdədir "- dedi.

Qatı, maye və ya gel halında istehsal oluna bilən NCC üçün 5,5 milyon Kanada dolları sərmayə qoyulduğunu yazan Alberta Texnologiya naziri Greg Weadick, "NCC hər sahədə istehsal və xidmətdə vərdişləri dəyişdirəcək və cığır açacaq bir vəsaitdir"- deyə bildirdi . Nazir Weadick istehsalın gələcək ticari tələblərə görə dəyişdirilə biləcəyini sözlərinə əlavə etdi.