Toxunduğu şeyləri hiss edən bionik əl

Toxunduğu şeyləri hiss edən bionik əl

Elm adamları xəstələrin barmaq uclarında həyatdakına bənzər hissləri qavrayan bionik əl icad ediblər. Qolun üst hissəsindəki sinirlərə birləşdirilən bionik qol İtaliyada bir əməliyyatla on il əvvəl fişəng qəzasında sol əlini itirmiş danimarkalı Dennis Aaboya taxılıb.

Aabo laboratoriya sınaqlarında gözləri bağlı ikən də bionik qolla qaldırdığı cisimlərin formasını və yumşaqlığını ayırd edib. “Science Translational Medicine” tibbi jurnalında dərc olunan tədqiqatı beynəlxalq tədqiqat qrupu həyata keçirib. Tədqiqatda italyan, isveçrəli və alman robot firmalarından mütəxəssislər iştirak edib.

Lozanna Federal Politexnik İnstitutu və Pizadakı Müqəddəs Anna Ali Tədqiqat Məktəbində çalışan professor Silvestro Misera: “İlk dəfə protezlə eynizamanlı toxunma hissi təcrübədən keçirilib”, -deyib. Tədqiqatdakı əsas elmi irəliləyiş bionik əl deyil, beyinə hiss impulslarını ötürən elektron sistem və proqramdır.