Qədim insanların mağaralardakı incəsənəti

Qədim insanların mağaralardakı incəsənəti

Təkamülçüləruydurma meymuna bənzəyən insanların Avropada bundan təxminən 30-40 min iləvvəl, Afrikada biraz daha qədim dövrlərdə qəfil keçid mərhələsi yaşadıqlarını, beləliklə də birdən-birə müasir insanlar kimi düşünmə və istehsal etmə qabiliyyəti qazandıqlarını iddia edirlər. Çünki bu dövrə aid arxeoloji qazıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist iddiaya görə təxminən 200 min il boyu dəyişmədən qalan daş-alət texnologiyasının yerini birdən-birə, daha irəli və sürətlə inkişaf edən əl sənətkarlığı texnologiyası almışdır. Bir müddət əvvəl ağaclardan enən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə sənətkarlıq qabiliyyəti inkişaf etmiş, mağara divarlarını oyaraq və ya boyayaraq heyrətamiz və gözəl rəsimlər çəkməyə başlamış, boyunbağı, bilərzik kimi çox estetik bəzək əşyaları istehsal etmişdir. Bəs belə inkişafın yaşanmasına nə səbəb olmuşdur? “Yarı meymun ibtidai varlıqlar” niyə və necə birdən-birə sənətə meyil göstərmişlər? Təkamülçü alimlər bunun necə reallaşdığını heç bir şəkildə açıqlaya bilmir, ancaq bəzi fərziyyələr irəli sürürlər. Təkamülçü Rocer Levin (Roger Lewin) darvinistlərin bu mövzuda yaşadığı sıxıntını “Müasir insanın mənşəyi” kitabında bu sözlərlə ifadə edir: “Hələ çatışmazlıqları olan arxeoloji qeydlərin hər baxımdan naməlum cəhətləri olacaq, alimlər bu suala başqa-başqa cavablar verirlər.”

Arxeoloji tapıntıların göstərdiyi həqiqət isə insanın var olduğu gündən etibarən mədəni anlayışa sahib olduğudur. Bu anlayışda zaman-zaman irəliləyişlər, bəzən də geriləmə, kəskin dəyişikliklər baş verməsi mümkündür. Lakin bu, təkamül mərhələsinin mövcud olduğunu deyil, mədəni inkişaf və dəyişiklik yaşandığı mənasındadır. Təkamülçülərin qəfil dəyişiklik olaraq adlandırdıqları sənət əsərlərinin ortaya çıxması da bioloji (xüsusilə zehni bacarıq) olaraq insanın inkişafını göstərən bir hal deyil. O dövrdə yaşayan insanlar bəzi ictimai dəyişikliklər yaşaya bilərlər, sənət və istehsal anlayışları dəyişmiş ola bilər, amma bu bilgilər insanın ibtidailikdən müasirliyə keçdiyini göstərən məlumatlar deyil.

Keçmişdəki insanların geridə qoyduqları arxeoloji izlərin və ya onların anatomik və bioloji izlərinin bir-birləri ilə ziddiyyət təşkil etməsi də darvinizmin bu mövzudakı iddialarını bir daha etibarsız edir. Təkamülçü iddiaya görə insanın mədəni inkişafı bioloji inkişafı ilə birbaşa əlaqəli olmalıdır. Məsələn, insanlar əvvəl sadə cizgilərlə sənətkar duyğularını ifadə etməli, daha sonra bu cizgilər bir az daha inkişaf etməli, bu inkişaf yavaş-yavaş irəliləyərək ən yüksək inkişaf səviyyəsinə çatmalıdır. Halbuki, insanlıq tarixinə aid olan ilk sənətkarlıq izləri bu fərziyyəni təməldən sarsıdır. Sənət tarixinin ilk nümunələri olaraq qəbul edilən mağara rəsimləri və qayalara həkk olunan fiqurlar  o dövrdəki insanların çox üstün bir sənət anlayışına sahib olduğunu göstərir. Mağaralarda araşdırmalar aparan alimlər bu rəsimləri sənət tarixinin ən önəmli və dəyərli çalışmalarından biri olaraq qiymətləndirirlər. Rəsimlərdəki kölgələr, perspektivin istifadə edilməsi və zərif cizgilər, rəsimlərdə ustalıqla əks etdirilən dərinlik hissi, fiqurlardakı günəş işığının təsiri ilə meydana gələn estetik görüntülər təkamülçülərin açıqlaya bilməyəcəkləri xüsusiyyətlərdir. Çünki bunlar darvinist iddiaya görə daha sonrakı mərhələdə ortaya çıxması tələb olunan bir inkişafdır.

Fransa, İspanya, İtaliya, Çin, Hindistan və Afrikanın  müxtəlif yerlərindəki, qısası, dünyanın fərqli bölgələrindəki bir çox mağara rəsmi keçmişdə yaşayan insanların mədəni quruluşu haqqında çox vacib bilgilər təqdim edir. Bu rəsimlərdə istifadə olunan üslub və boyama texnikaları tədqiqatçıları təəccübləndirən keyfiyyət və üstünlükdədir. Darvinist alimlər bu rəsimləri ön mühakimə ilə qiymətləndirir, duyduqları təəccübə baxmayaraq, həmin əsərləri təkamül hekayələrini bəzəyə bilmək üçün qərəzli şəkildə izah edirlər.

Müasir insandan fiziki quruluşuna görə çox geridə qalan varlıqların ibtidai şəraitdə yaşadıqları mağaralarda qorxduqları və ya ovladıqları heyvanların şəkillərini çəkdiklərini söyləyirlər. Halbuki, bu əsərlərdə istifadə edilən texnikalar rəsmi çəkən sənətçilərin çox dərin qavrayışa, qavradıqlarını təsiredici bir şəkildə əks etdirmə bacarığına sahib olduqlarını göstərir. İstifadə olunan boyama texnikaları isə heç də zənn edildiyi kimi ibtidai şəraitdə yaşaya bilməyəcəklərinin başqa bir göstəricisidir. Üstəlik, mağara divarlarına çəkilmiş bu rəsimlər o dövrün insanlarının mağaralarda yaşadığını göstərən bir dəlil deyil. Bu əsərləri meydana gətirən sənətkarlar yaxındakı bir evdə yaşayır, amma əsərlərini mağara divarlarına çəkməyə də üstünlük verə bilərlər. Nəyi çəkəcəklərini hansı duyğu və düşüncə ilə seçdiyi isə sadəcə sənətkarın biləcəyi işdir. Bu rəsimlər üzərində bir çox qeydlər edə bilər, amma edilə biləcək ən qeyri-real qeyd bunların ibtidailikdən təzə çıxmış varlıqlar tərəfindən edilməsidir. Belə ki, BBC-in internetdə yayınlanan elm səhifəsində yer alan 22 fevral 2000-ci il tarixli xəbərdə mağara rəsimləri ilə bağlı olaraq bu sətirlərə yer verilir:

Bu rəsimlərin ibtidai insanlar tərəfindən çəkildiyi güman edilirdi. Lakin iki alimin apardığı tədqiqata görə antik rəssamlarla bağlı bu qənaət tamamilə yanlışdır. Onlar bu rəsimlərin kompleks və müasir cəmiyyətin sübutları olduğunu düşünürlər.

Müasirsənət anlayışının bir çoxəsəri də minlərlə il sonra eyni məntiqlə qiymətləndirilsəydi, 21-ci əsrin cəmiyyətinin ibtidai qəbilə, yoxsa inkişaf etmiş mədəniyyət olduğu sualı bir çox mübahisəyə səbəb ola bilərdi.  Bundan 5000 il sonra müasir rəssamların əsərləri heç zərər görmədən tapılsa və günümüzlə bağlı bağlı heç bir tarixi sənət qalmasa da, o dövrün insanları əsrimiz haqqında nə düşünərdilər? Van Qoqun və ya Pablo Pikassonun əsərlərini tapan gələcəyin insanları təkamülçü məntiqə görə hərəkət etsələr, müasir cəmiyyət üçün necə izahlar verərdilər? Mənzərə rəsmi çəkən Klod Monedən “Hələ sənaye inkişaf etməmişdi, insanlar əkinçilik həyatı yaşayırdılar” və ya Kandinskinin mücərrəd rəsimlərindən “Hələ oxuma, yazma bilməyən, inkişaf etməmiş insanlar müxtəlif əl-qol işarələri ilə dil tapa bilirdilər” kimi açıqlamalar vermək müasir dövr haqqında onları doğru nəticələrə gətirəbilərdi?