Mikrocanlıların texnologiyaya ilham qaynağı olan xüsusiyyətləri

Mikrocanlıların texnologiyaya ilham qaynağı olan xüsusiyyətləri

Mikrocanlılar bitki və heyvanlardan fərqli olaraq sürətlə çoxalırlar. Onların biokimyəvi təsiri canlılar aləmini və ekosistemi tarazlıqda tutur, insan həyatına da təsir edir. Mikrocanlıların mexanizmləri Uca Allahın yaratmada heç bir ortağı olmadığı, hər şeyə qadir olduğu və hər şeyi örnəksiz yaratdığını göstərən dəlillərdəndir.
Uca Allahın örnəksiz sənətindəki sirləri anlamaq üçün qarşımızdakı bütün əsərlərdə Onun gücünü görməli və təqdir etməliyik.

Mikrocanlıların nümunə götürüldüyü sahələrdən bir neçəsi bunlardır:

Bakterial bioyanacaq

Kanada Konkordiya Universitetinin elm adamları süddən pendir hazırlamağa yardım edən "pendir bakteriyasından" bitkilərdən bioyanacaq hazırlamaq üçün istifadə etmək istəyirlər.

Bakterial sensorlar

Elm adamları suyun keyfiyyətini ölçmək üçün bakteriyalardan faydalanırlar. Bu məqəsədlə sudakı toksinləri qəbul edən təkhüceyrəli canlı "protozoy"lardan istifadə edilir.

Bakterial kompüterlər

Elm adamları orqanik kompüterlərin məntiq dövrələri kimi bakteriyalardan istifadə etməyə çalışırlar.

Viral batareyalar

«Virus» sözü xəstəliyi xatırlatdığı üçün insanlara mənfi təsir edir. Elm adamları onların özlərini daim yeniləmə xüsusiyyətindən ilhamlanaraq kiçik, güclü və məhsuldar batareyalar hazırlamağı düşünürlər.

Tibb sahəsindəki yeniliklərə ilham qaynağı olan canlılar

Canlıların bədənlərində istehsal edilən maddələrdən nümunə alınaraq hazırlanan dərmanlar və ya tibbi vəsaitlər bəzi xəstəliklərin müalicəsinə yol açacaq.

Həkim kəpənəklər

Çox uzaq məsafədən belə göz oxşayan rəngləri ilə seçilən kəpənəklərin qanad rənglərinin solmamasının səbəbi fotonik strukturdur. Bu canlıların qanadlarındakı çoxlaylı təbəqələr və boşluqlar həssas sıra ilə düzülərək fotonik kristal quruluş meydana gətirir.

Kəpənəklərin qanadlarındakı irizasiya rənglərindən ilham alınaraq istehsal edilən rəng dəyişdirən lentlərdən döyüşdə yaralanan əsgərlərin yaralarının ağırlıq dərəcəsini ölçmək üçün istifadə ediləcək.

Dəniz ulduzundan tibbi addım

Dəniz ulduzunun səthindəki yapışqan maddə qan damarlarındakı infeksiyanın azaldılmasına, astma, soyuqdəymə və artrit kimi xəstəliklərin müalicəsinə kömək edəcək.

Sümük və qabıqlar

Tədqiqatçılar çox möhkəm olan sümük, diş və molyusk qabıqlarının peptidlərdən necə meydana gəldiyini araşdırırlar. Bu araşdırma müvəffəqiyyətlə nəticələnsə, ondan sümük yenilənməsi, qavrama sistemləri, məhsuldar enerji istehsalı və xəstəliklərin müalicəsi kimi bir çox sahələrdə istifadə ediləcək.

Göründüyü kimi, canlılardakı xüsusiyyətlər çox geniş sahədə insanlara fayda verir. Allah Qurandakı bir ayədə heyvanlardakı faydalara belə diqqət çəkir:

Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda (başqa) faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. (Muminun surəsi, 21)