Quşların havada süzmə texnologiyası

Quşların havada süzmə texnologiyası

Quşlar mükəmməl uçuş maşınlarıdır. Hava qüvvələrinin köməyi ilə Kaliforniya Texnologiya İnstitutunun (qısa adı: Kaltek) elm adamları quşların uçuş zamanı vizual qavramalarını araşdırmışlar. Onlar daha yaxşı uçan təyyarə düzəltməyi hədəfləyirlər.

Allahın bəxş etdiyi beyin və qanadlarla quşlar qida və yoldaş tapma kimi bir çox şeyi küləyin dəyişkən istiqamətinə baxmayaraq reallaşdırırlar. Onlar küləkdən istfadə edərək havada süzürlər. Çünki havada süzmək qanad çalmaqdan daha qənaətlidir. Məsələn, müşgülü quşları ova çıxarkən küləkdən istifadə edərək sərf etdikləri enerjini azaldırlar. Qanadları üzərindəki hava axınını artırmaq üçün küləkdə süzür, əgər kifayət qədər külək varsa, qanadlarını açaraq havadan asılı qalırlar.

Hava axınının yerdən yuxarıya doğru olması da onları təmin edir. Hava axınlarından faydalanaraq uçmağa «havada süzmək» deyilir. Havada süzmək xüsusiyyəti quşların havadakı üstünlüyünün işarəsidir. Müşgülü quşlarının bu qabiliyyəti bir çox quşda var. Onların da müşgülülər kimi ətraflarındakı hava axınını müəyyən etmək və uçuş mexanizmlərini idarə etmək üçün çox həssas xüsusiyyətləri var.

Süzərək uçmağın iki əsas faydası vardır:

Birincisi, yemək axtararkən, ya da ov sahəsini digər quşlardan qoruyarkən havada qalmaq üçün lazım olan enerjini azaldır.

İkincisi, quşa uzaq məsafələrə uçmaq imkanı verir. Qağayı qanad çalarkən sərf etdiyi enerjinin 70% -nə süzərək qənaət edir.

Elm adamları kiçik quşların da böyük quşlar kimi havada süzmə qabiliyyətlərinin olduğunu müəyyən etmişlər.
Quşların uçuş formaları yaradılış möcüzəsidir. Quşların bənzərsiz yaradılış xüsusiyyətləri illərdən bəri təyyarə mühəndislərinin ilham qaynağı olmuşdur. Allah bu canlıları uçmağa əlverişli sistemlərlə yaratmışdır. Rəbbimiz Quranın bir ayəsində bu canlılara belə diqqət çəkmişdir:

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan, hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi,19)

Təbiətdəki bütün canlılar malik olduqları sistemlərlə birgə Allahın bənzərsiz yaratma sənətinin nümunəsidir. Yaradılışdakı bənzərsizlik və mükəmməlliyi nümunə götürərək istehsal olunan bir çox texnoloji alət vardır. Bunlar Rəbbimizin qullarına verdiyi nemətlərdir. Allah unikal yaratmasının nəticəsi olaraq, insanlara verdiyi nemətlərin saysız olduğunu bir ayədə belə bildirmişdir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi,18)