Uçuş naviqasiya sistemi olan meyvə milçəyi

Uçuş naviqasiya sistemi olan meyvə milçəyi

Kornell Universitetinin professoru Leif Ristrofun başçılıq etdiyi elm adamları meyvə milçəyinin (drozofil) küləkli havada uçarkən marşrutunu düzəltmək üçün istifadə etdiyi mexanizmləri araşdırmışdır.

Elm adamları meyvə milçəyində müasir reaktiv təyyarələrdə istifadə olunan avtomatik balans sisteminə bənzər sistem olduğunu müəyyən etmişlər. Onlar meyvə milçəklərinin qanadlarına 1.5 millimetr uzunluğunda nazik tel yapışdırmışlar. Maqnit sahəsi yaradaraq milçəkləri yollarından sapdıran elm adamları təcrübələrini saniyədə 8 min kadr sürətlə çəkiliş edən kameraya çəkmişlər.

Elm adamları meyvə milçəyinin qanadlarındakı kiçik vibrasiya orqanlarının milçəyin uçuş bucağı və sürətini müəyyənləşdirən təbii hiroskop (istiqamətin ölçülməsi və ya nizamlamasında istifadə olunan, bucaq tarazlığının saxlanılması ilə çalışan alət) olduğunu müəyyən etmişlər. Onlar belə hesab edirlər ki, həşəratların uçuşa nəzarət mexanizminin araşdırılması hərəkətli qanadlarla uçan yüksək manevrli və davamlı təyyarələrin düzəldilməsinə kömək edəcək.

Milçəklər milyonlarla ildir ki, bu aerodinamik qaydalardan istifadə edərək uçurlar. İnkişaf etmiş texnologiyadan istifadə edən elm adamları isə milçəkərin uçuş texnikalarını açıqlaya bilmirlər. Bu, yaradılışın dəlillərindən biridir. Allah düşünən insanlar üçün bir milçəkdə ağlının və elminin bənzərsizliyini bizə göstərir. Quranda belə buyurulur:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi,73)