Bütün canlılarda Allahın böyük sənəti hakimdir

Bütün canlılarda Allahın böyük sənəti hakimdir

Nəfəs alma prosesi insanda refleks olaraq baş verir. Bəzi canlıların isə refleks olaraq nəfəs almağa ehtiyacları yoxdur. Məsələn, delfinlər üçün bu, şüurlu hərəkətdir. Bizim yeriməyə qərar verməyimiz kimi, onlar da nəfəs almağa qərar verirlər. Nəfəs almaq üçün səthə çıxdıqları zaman ciyərlərinin 80-90%-ni hava ilə doldururlar. Bu miqdar uzun müddət ehtiyaclarını təmin edir. Yatarkən havaya ehtiyacları olması isə onlar üçün problem deyil. Delfinlər beyinlərinin sağ və sol yarımkürələrini 15 dəqiqəlik fasilələrlə istifadə edirlər. Yarımkürələrdən biri yatarkən səthə çıxıb hava almaq üçün beyinlərinin digər yarımkürəsi iş başında olur.

İnsan dünyada mürəkkəb xüsusiyyətlərə malik yeganə canlı deyil. Araşdırıb tədqiq etdiyiniz zaman görürük ki, hər yer göydə uçan və ya dənizin dərinliklərində yaşayan bir-birindən mürəkkəb və müxtəlif canlılarla doludur. Bunların bizdən və bir-birindən fərqli yaradılmaları, fərqli aləmlərdə, fərqli gözəlliklər və əsərlər yaradan Allahın hikmətidir. İnsan bir canlının suda nəfəs ala bilmə qabiliyyətini, havanı ciyərlərinə müəyyən nisbətdə qəbul etməsini təmin edə bilməz. Gecə yatarkən ona beyin yarımkürələrinə nəzarət etmə qabiliyyətini verə bilməz. Yatarkən ölməməsi üçün istifadə etməli olan sistemi ona öyrədə bilməz. Dünyadakı heç bir canlıya yaşadığı mühitə ən uyğun xüsusiyyətləri verə bilməz. İnsan bunu özü üçün belə edə bilməz.

Şüurlu varlıq olaraq insanın reallaşdıra bilmədiklərini isə şüursuz təsadüflərin etməsi, şübhəsiz ki, mümkün deyil. Təsadüfləri ilahiləşdirən, bütün varlıqların təsadüfən meydana gəldiyini müdafiə edən təkamül nəzəriyyəsi hər gün meydana çıxan mürəkkəb quruluşlar qarşısında tamamilə süquta uğramış nəzəriyyədir.

İnsana və dünyadakı bütün varlıqlara həyat verən, hər birinə yaşamaları üçün müxtəlif imkanları nemət olaraq bəxş edən və bunun üçün müxtəlif xüsusiyyətlər var edən uca Allahdır. Bu nemətlərlə daim üzləşən insan Rəbbimizin üzərimizdəki rəhmətini və nemətini düşünüb Ona yönəlməlidir.

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır. (Bəqərə surəsi, 164)