Buynuz və dırnaqları ilə ünsiyyət quran canlılar

Buynuz və dırnaqları ilə ünsiyyət quran canlılar

Şimali Amerika maralları və antilopları, adətən, ürkək və həyəcanlı olurlar. Bəzən tülkü və canavarlar onların balalarına təhlükə törədərsə, tərəddüd etmədən iti və kəsici dırnaqlarından istifadə edirlər.

Camış və müşk öküzlərinin əyri, amma olduqca möhkəm buynuzları vardır. Onların sürülərinə hücum edildikdə dərhal balalarını əhatə edir, başlarını əyir və buynuzları ilə düşmənə zərbə vururlar.

Dağ keçiləri isə uzun və nazik buynuzlarından xəncər kimi istifadə edirlər. Ana maral balasının düşmən tərəfindən təhlükədə olduğunu görərsə, düşmənlə cəsurcasına döyüşə, hətta ayını buynuzları ilə öldürə bilər.
Afrikada yaşayan qnu isə balasını tutmağa çalışan kaftar, çaqqal və ya digər vəhşi heyvanları buynuzları ilə zərbə vuraraq yaralayır. Bir kərgədanın burnundakı iti buynuzu balasına təhlükə törədən hər hansı yırtıcı heyvan üçün böyük və təhlükəlidir.

Uca Allah yer üzündə mükəmməl sistemlər yaratmış, yaratdığı hər detalda Öz ucalığının və qüdrətinin dəlilləri olan möcüzələr yaratmışdır.Canlıların müdafiə məqsədi ilə öz aralarında qurduqları ünsiyyət metodları da hər gün yeni detalları kəşf edilən yaradılış möcüzələrindən biridir. Ayələrdə Rəbbimizin yaratma elmi belə bildirilir:

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.(Casiyə surəsi, 3-4)