Qoxu yayma metodu ilə aralarında ünsiyyət quran canlılar

Qoxu yayma metodu ilə aralarında ünsiyyət quran canlılar

Bəzi canlılar yaşadıqları yerlərin onlara xas olduğunu bildirmək üçün "qoxu yaymaq" metodundan istifadə edirlər.
Ceyranlar yaşadıqları yerlərin onlara aid olduğunu bildirmək üçün gözlərinin altındakı vəzlərdən ifraz olunan və qətran iyi verən qoxunu uzun, nazik budaqlara və otlara yayırlar. Bu qoxu sayəsində digər ceyranlar ərazinin sahibi olduğunu bilirlər.

Şimal marallarının isə arxa ayaqlarının ucunda qoxu vəzləri vardır. Bu vəzlərdən ifraz olunan maddə sayəsində yaranan qoxu həmin ərazidə bu canlıların yaşadıqlarını bildirməyə imkan verir.

Dovşanlar da çənələrindəki vəzlərdən qoxu yayaraq yerlərini bildirirlər.