Köpək balığının dərisi nümunə götürülərək hazırlanan çimərlik geyimləri və suyun səth müqaviməti

Köpək balığının dərisi nümunə götürülərək hazırlanan çimərlik geyimləri və suyun səth müqaviməti

1/100 saniyənin qızıl medalın sahibini müəyyən etdiyi Olimpiya oyunlarında idmançılar üçün bədənləri üzərində suyun əmələ gətirdiyi sürtünmə olduqca vacibdir. Buna görə də üzgüçülərin çoxu sürtünməni minimuma endirən, yeni çimərlik geyimlərinə üstünlük verirlər. Bu geyimlər bədənin olduqca geniş sahəsini əhatə edir və çox dar olur. Çimərlik geyiminin materialı şaquli qatran zolaqlar üstündə köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan toxumadan ibarətdir.
Elektron mikroskopla aparılan tədqiqatlarda köpək balıqlarının dərisində zolaqlar olduğu müşahidə edilmişdir. Zolaqlar şaquli su girdabları və ya su spiralları əmələ gətirərək suyu balığın bədəninə daha çox yapışdırır və üzməyə qarşı müqavimətini azaldır. Zolaqların yaratdığı təsir “Riblet effekti” adlanır. Bununla bağlı NASA-nın Lenqli Tədqiqat Mərkəzində Riblet dəri tədqiqatları aparılır. Riblet effekti on ildir ki, çimərlik geyimlərinə tətbiq edilir.

Yeni liflər və yeni toxuma texnikası ilə hazırlanan çimərlik geyimləri üzgüçünün bədənini tam əhatə edərək suya ən az müqavimət göstərməyini təmin edir. Tədqiqatlar müəyyən etmişdir ki, bu geyimlər sürtünməni digərlərinə nisbətən 8% azaldır.