400°C hidrotermiki mənbələri uzaq məsafədən hiss edən xərçəng gözü

400°C hidrotermiki mənbələri uzaq məsafədən hiss edən xərçəng gözü

Okeanların dərinliklərindəki zülmət qaranlıqlarda püskürdüyü suyun temperaturu 400 dərəcəyə çatan hidrotermiki mənbələr mövcuddur. Lakin bu cür yüksək temperatur bu mənbələrdə yaşayan “Bythograea thermydron” növünə məxsus xərçənglərə təsir etmir. Həmin xərçənglərin yaşadığı yer zülmət qaranlıqdır. Qaranlıqda xərçəngin əsas köməkçisi isə gözləridir. Xərçəngin gözündəki xüsusi yaradılış onu 400 dərəcəyə çatan temperaturdan uzaq tutur.

Milçəklərdə olduğu kimi, bu xərçəng növü də fasetli gözlərə sahibdir. Gözləri fokuslana və okeanın dərinliklərindəki zəif işığı görə bilir. Xərçəngin gözləri dərinliklərə doğru getdikcə itən işığı ayırd etmək üçün sürfə dövründən sonra dəyişməyə başlayır. Uzun müddətə baş verən bu dəyişiklik xərçəngin DNT-sində kodlaşdırılmış xüsusi proqram daxilində, qüsursuz şəkildə həyata keçir. Tamamilə zülmət qaranlıqda təqribən 4000 metr dərinlikdəki okeanın dibinə çatan yetkin xərçəng iri və çılpaq (linzası olmayan) torlu qişaya sahib olur. Xərçəngin işığa həssas gözləri zülmət qaranlıqda sanki gecə durbini vəzifəsini yerinə yetirir. Xərçəng gözləri sayəsində hidrotermiki mənbələrin ətrafındakı zəif işıqları asanlıqla hiss edir və beləliklə də, yüksək temperatur səbəbindən digər canlıları öldürən hidrotermiki mənbələrdən qorunur.
Bütün canlıları möhtəşəm xüsusiyyətlərlə yaradan uca Allah xərçəngləri də ehtiyacına uyğun gözlərlə təchiz etmişdir. Rəbbimizin sonsuz elmi ayələrin birində belə bildirilir:

Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyin Yaradıcısı Odur. Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)