Bala quşlar

Bala quşlar

Əksər canlılar balalarını qorumaq və onları bəsləmək üçün böyük fədakarlıq edirlər. Quşlar da bu canlılardan biridir. Məsələn, guacharo quşları balalarını yerdən 20 m yüksəklikdə olan yuvaya yerləşdirirlər. Hər gecə təxminən 5-6 dəfə balalarının qidalandığı meyvələrin axtarışına çıxırlar. Bu meyvələri tapdıqdan sonra onları əzir, sonra isə əzdiklərini balalarına verirlər.
Gecə qrup halında qida axtarışına çıxan guacharoların bu zaman qət etdikləri məsafə isə diqqəti çəkir. Belə ki, bu quşlar gecə təxminən 25 km yol qət edirlər.1

Guacharolar kimi əksər heyvanlar da balalarının qidasını əvvəlcədən hazırlayırlar. Məsələn, qutanlar balıq şorbasına bənzər qida hazırlayırlar. Yelqovan cinsinin anaları da yedikləri plankton və kiçik balıqları qarışdırıb balaları üçün faydalı yağ əmələ gətirirlər. Göyərçinlər qursaqlarında yağ və zülalla zəngin "göyərçin südü" adlanan xüsusi ifrazat istehsal edirlər. Bu süd məməlilərin südündən fərqli olaraq, həm ana, həm də ata tərəfindən istehsal olunur. Quşların əksəriyyəti balaları üçün buna bənzər qidalar hazırlayırlar.2

Bala quşlar ana-atalarına möhtacdırlar. Onlar dimdiklərini tam açaraq ana-atalarının onlara yemək gətirməsini gözləyirlər. Məsələn, bala qağayılar ağızlarını analarının dimdiklərindəki qırmızı nöqtəyə uzadırlar. Hətta gözləri hələ açılmamış qaratoyuq ana və ya atasının gəlişini hiss etdirən cüzi  titrəmədə belə başını yuxarıya doğru uzadıb ağzını açır.

Quşlar balalarının ağızlarının rəngi sayəsində qaranlıqda onları asanlıqla bəsləyə bilirlər. Bu xüsusiyyət oyuq içində yuva quran quşlara çox yardım edir. Bəzi quşlarda ağızlarının müxtəlif rəngdə olması balaların yerini bildirməkdən başqa, onların hansının qidalandığını, hansının ac olduğunu müəyyən etməyə yardım edir. Kənaf quşlarının balalarının ağızları boğazlarının altındakı qan damarlarına görə qırmızı rəngdə olur. Balalara qida veriləndə bu qanın çox hissəsi həzm olunan qidaları yığmaq üçün mədəyə gedir. Buna görə də ac balaların ağızları tünd qırmızı rəngdə olur. Bu mövzu üzərində aparılan təcrübələrdən məlum olmuşdur ki, quşlar hansı balanın qidaya ehtiyacı olduğunu bu rəng müxtəlifliyi sayəsində bilirlər.3

Allah hər canlıya ruzisini müxtəlif şəkildə verir. Yuxarıda nümunələri göstərilən bala quşlara da Allah ana-atalarını vəsilə edərək ruzilərini verir. Bu barədə Quranda belə bildirmişdir:

Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

1. Giovanni G. Bellani, Quand L’oiseau Fait Son Nid , səh. 123-124
2. David Attenborough, Life of Birds, səh.262
3. David Attenborough, Life of Birds, səh. 263