Məharətli memarlar: Əqrəblər

Məharətli memarlar: Əqrəblər

Allah canlılarda üstün ağlını təzahür etdirir. Ağlı və düşünmə qabiliyyəti olmayan canlıların sanki mühəndis və ya memar kimi ərsəyə gətirdikləri əsərlər Allahın ilhamına əsasən hərəkət etdiklərini sübut edir.

Aparılan yeni tədqiqatlar nəticəsində əqrəblərin də məharətli bir memar kimi yuvalarını qurduqları aşkar edilib. Əqrəblər əvvəlcə qısa və şaquli bir giriş, ardınca da səthə paralel olacaq şəkildə düzləşən bir yuva qururlar. Bu yuvalar sonra birdən aşağıya doğru çevrilir və çıxılmaz bir otaqda sonlanır. Bu sərin və rütubətli otaqda buxarlanma ən aşağı səviyyədə olur. Əqrəb bu otaqdan sığınacaq kimi istifadə edərək, gündüzün istiliyindən uzaq duraraq istirahət edir.

Bununla yanaşı, Negevdə yerləşən Ben-Qurion Universitetinin alimlərinin müəyyənləşdirdiyinə görə əqrəblər gecə ovuna çıxmadan əvvəl yuvalarındakı platforma ilə isinə bilirlər.

Əqrəblər soyuqqanlı canlılardır və bədən temperaturlarının nizamlanması üçün ətrafda olan enerjidən asılıdırlar. Tədqiqatçılar, əqrəb yuvalarındakı bu platformanın gecə vaxtı yemək tapmaq üçün çölə çıxmadan əvvəl bədən temperaturlarını artıra biləcəkləri isti bir sahə olduğunu düşünürlər.

İsrailin Negev səhrasında tədqiqat aparan tədqiqatçılar qalın qısqaclı əqrəbləri (Scorpio Maurus Palmatus) tutduqdan sonra yuvalarını ərimiş alüminiumla dolduraraq qəlibini çıxartdılar. Bu vəsait qatılaşdıqdan sonra isə yer səthinə çıxardıb üçölçülü lazer-skaner və proqramlar vasitəsilə analiz etdilər. Həmçinin bu yuvanın yüksək səviyyəli dizayna sahib olduğunu gördülər. Araşdırılan bütün əqrəb yuvaları bənzər dizaynda idi.

Elmi nailiyyətlər canlıların təsadüfi hərəkət etmədiklərinin, əksinə Allahın ilhamı ilə memar kimi yuvalarını qurduqlarını sübut edir. Necə ki, əqrəblər nə memarlıq təhsili, nə də yuva qurmaq üçün başqa bir təhsil alıblar. Ağılları və düşünmə qabiliyyətləri də yoxdur. Dolayısilə ağlı və vicdanı olan hər insan bu mühüm iman həqiqətini düşündüyü vaxt, tək bir nəticəyə gələcək: Canlıları Allah yaratmışdır. Hər canlı Allahın nəzarəti altında hərəkət edir.