Benzin istehsal edən bakteriyalar

Benzin istehsal edən bakteriyalar

Dünyanın ən vacib ehtiyaclarından olan benzinin də çox hissəsi bakteriyaların istehsalıdır. Fermentasiya prosesindən də xatırladığımız kimi oksigensiz tənəffüs edən bakteriyalar enerjilərini ətrafdaki təbii mürəkkəbləri parçalayaraq əldə edirlər. Bakteriyaların bu xüsusiyyətləri torpağın altında milyonlarla il əvvəl formalaşan qalıqların benzinə çevrilməyinə səbəb olur. Bu canlıların benzin istehsal etməsi üçün olduqları mühitdə oksigen tükənməli, temperatur 150 dərəcədən aşağı düşməli və təzyiq milyonlarla il davam etməlidir. "Bakteriyanın benzinin yaranmağını təmin etməsi" qulağa təəccüblü gələ bilər. Həqiqətən də təəccüblüdür. Bu ağıllı mikrocanlıların uzun illər ərzində heç dayanmadan belə fəaliyyət göstərmələri əslində sadəcə insanların xeyrinə çalışmaq üçün yaradıldıqlarının bir dəlilidir. Mikroorqanizmlərin təmin etdikləri faydalar, əksiləndə aciz vəziyyətə düşəcəyimiz ehtiyaclarımızı qarşılamağa yönəlmişdir. Gözlə görünməyən bir canlının bu cür ağıllı və fədakar davranıb, həqiqətən də heyrətləndirən bir qərarla hərəkət etməsi onun "yaradıldığını" anlamaq üçün kifayət qədər əhəmiyyətli bir dəlildir. O yalnızca Allahın ilhamı ilə hərəkət edir.

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi 102)

Uyğun şəraitdə bakteriyalar hər 10-30 dəqiqə ərzində saylarını iki qat artırırlar. Tək bir bakteriyanın sayı əvvəlcə ikiyə, sonra dördə, daha sonra isə səkkizə bölünərək çoxalır və bu proses bu şəkildə davam edir. Bu yolla tək bir bakteriya 10-12 saat sonra milyonlarla dəfə çoxala bilir. Bakteriyaların bəzi növləri sürətli temperatur dəyişikliyindən təsirlənmirlər. Bəziləri müxtəlif xəstəliklərə səbəb olduğu halda, bəziləri isə insan və bitkilərin maddələr mübadiləsində faydalı bir hissə olmağa məcburdur. Bəzilərinin qidaları oksidləşdirmək xüsusiyyəti var. Bu oksidləşmə üsulu ilə bakteriyalar başqa canlıları qida ilə təmin edərkən, yer altında da fərqli qaynaq və mədənlərin yaranmasına səbəb olur.