Mədənçi bakteriyalar

Mədənçi bakteriyalar

Dövrümüzdə bakteriyalardan istifadə edərək mədən cövhərinin ayrılması və laboratoriya şəraitində mədən əldə edilməsi prosesinə biomədənçilik adı verilmişdir. Məlum olduğu kimi, metal əslində yüksək temperaturda cövhərin əridilməsi ilə hazırlanır. Ancaq bu üsul həm enerji istehsalını artırır, həm də atmosferə yüksək miqdarda kükürt dioksidin qarışmağına səbəb olur. Biomədənçilik isə ətraf mühitə zərər verməməklə yanaşı, ucuz olduğu üçün iqtisadi cəhətdən də əlverişli bir üsuldur. Dövrümüzdə mineral istehsalında istifadə olunan 30-a yaxın bakteriya növü var.

Bakteriyaların metal filizi ayırma prosesinin ilk mərhələsi metalın üyüdülməsi ilə başlayır. Toz halına gələn metala kimyəvi həlledici əlavə olunur. Sonra isə bu qarışığa metalayırma xüsusiyyəti olan bakteriyalar əlavə olunur. Lazım olan temperatur və mühitin hazırlanması ilə bakteriyalar sürətlə çoxalmağa başlayır. Bakteriyalar qida mənbələri olan cövhər ilə qidalanıb çoxalarkən metalı da ayırırlar. Bütün bu proseslərdən sonra qalan mayeyə elektroliz üsulu tətbiq edilir. Beləliklə, metal yenidən saf və qatı halına qayıdır.

Dövrümüzdə Cənubi Amerika, Afrika və Avstraliyada bu üsulla qızıl və mis istehsal edilir. Finlandiyada isə bu üsulla nikel, kobalt və sink istehsalına başlanılıb.