Köpək balığının dərisindəki çıxıntının suyun müqavimətinin təsirini azaltması

Köpək balığının dərisindəki çıxıntının suyun müqavimətinin təsirini azaltması

Köpək balıqları üzərkən sanki su onlara heç mane olmurmuş kimi hərəkət edirlər. Həqiqətən də, su gəminin üzdüyü zaman onun gövdəsinə etdiyi təsir qədər köpək balığına təsir etmir. Bu canlıların dəriləri suda hərəkət edərkən suyun müqavimətinə daha az məruz qalır. Çünki Allah bu canlıların dərilərini çıxıntılı quruluşla yaratmışdır. Köpək balıqlarının dərilərində "riblets" adlanan hərəkətli və kələ-kötür çıxıntılar var. Bu çıxıntılar köpək balığının başdan quyruğuna doğru üzəcəyi istiqamətə paralel uzanır və axına qarşı müqaviməti azaldır. Bu da canlının eyni güc sərf edərək daha sürətlə hərəkət etməsinə və ya sahib olduğu enerji ilə sürətini dəyişmədən daha uzun məsafə qət etməsinə imkan yaradır. Köpək balığının dərisindəki bu xüsusiyyət gəmi gövdəsinin səthinə tətbiq edilərsə, gəmi nə qədər sürətlə gedirsə getsin, daha az yanacaq sərf edər, gəminin sürtünməsi 5%-ə qədər azalar və konteyner daşıyan böyük gəmi sahibləri də ildə təxminən 300 min dollar qənaət edərlər.

Amma hazırda bu çıxıntılı quruluş gəmilərə tam olaraq tətbiq olunmayıb. Çünki çıxıntılı quruluşun 50%-i bir müddət sonra aşınır və faydasız hala gəlir. Gəmilərin ən böyük problemlərindən biri də səthinə yapışan yosunlar və dəniz molyusklarının suyun müqavimət qüvvəsini artırmasıdır. Bu problemi aradan qaldırmaq üçün gəminin səthi zəhərli maddələrdən hazırlanmış örtüklə örtülə bilər. Amma bu örtüyün təqlidi köpək balığı dərisi ilə necə uyğunlaşdırılacağı hələ ki,  tapılmamışdır. Bu vəziyyət texnologiyanın inkişaf etməsinə baxmayaraq, insanların mövcud xüsusiyyətləri təqlid edərkən belə necə çətinliklərlə qarşılaşdıqlarını göstərir. Gəmilərdə yaranan bu problemlər Allahın üstün ağlının əsəri olan köpək balığının dərisində heç vaxt yaşanmır. Bu canlının dərisi nə sürtünmədən aşınır, nə də üzəri yosun və ya molyusklarla örtülür.