Ağ ayılar

Ağ ayılar

Ağ ayılar buzlu ərazilərdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ, qalın kürkə sahibdirlər. Sahib olduqları 5 sm qalınlığındakı xüsusi kürkün ağ görünən tükləri əslində şəffafdır. İstilik itkisinin qarşısını alan optik liflərə sahib bu tüklərin hər biri içi boş şəffaf balon kimidir. Bu balonlar günəş şüalarından gələn istiliyi altdakı qara rəngli tüklərə qədər ayının bütün dərisində paylayır və canlının isinməsini asanlaşdırır.

Həmçinin ağ ayıların dərilərinin altındakı 10 sm-lik yağ təbəqəsi istilik izolyasiyasını təmin edir. Beləcə kürkü və dərisi ayını soyuq havadan qoruyur. Bu kürk üzməyə də əlverişlidir. Suyun içərisində olarkən tüklər bir-birinə yapışır və ayı su keçirməyən yumşaq dalğıc kostyumu geyinmiş kimi olur. Bununla da buzlu sularda 10-11 km/saat sürətlə 2000 km-lik uzaq məsafəyə qədər üzərək gedə bilir. Uca Allahın bu canlıların dəriləri və tüklərində yaratdığı bu detallar vasitəsilə ağ ayılar 37°C-lik bədən temperaturlarını suyun içində və ya üstündə uzun müddət qoruyub saxlaya bilir. Bu canlıların, hətta bədən temperaturunun həddindən çox artdığı zamanlar belə olur. Belə hallarda isə bu canlılar yüksələn bədən temperaturlarını aşağı salmaq üçün bədənlərini buza sürtürlər.

Ağ ayının yağı və dərisi mükəmməl bir izolyator olduğu üçün soyuq havanın canlıya təsirini azaldır. Ağ ayılar da uca Allahın canlılarda yaratdığı uyğunlaşma (adaptasiya) sənətinin bir dəlilidir. Uca Rəbbimiz bu qüsursuz yaratma gücünü və sənətini bir Quran ayəsində belə bildirir:

O, Allah yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)