Yüksək duzluluğa qarşı dayanıqlılıq

Yüksək duzluluğa qarşı dayanıqlılıq

Dünyanın ən duzlu gölü olan Ölü dənizdəki su qaynaqlarında son zamanlar bəzi mikrob növlərinin yaşadığı aşkar edilib. Tədqiqatçılar digər orqanizmlər arasında yaşayan fototorflar və sulfid bakteriyaları da tapıblar.

Yüksək duzluluğa qarşı güclü müqaviməti olan və duz sevən növlər olaraq bilinən halofil mikroorqanizmlərin çoxu yüksək duz konsentrasiyasına qarşı davam gətirir. Halbuki bu cür sıxlıqda DNT və zülallar həyati proseslər üçün çox vacib olan qarşılıqlı əlaqələri yerinə yetirə bilmir. Bu cür duzluluğa məruz qalan orqanizmlərin çoxu belə hallarda məhv olur. Həddindən artıq duzlu şəraitdə yaşayan halofillər isə yüksək duz konsentrasiyasına uyğunlaşıb hələ də tam olaraq anlaşılmayan mexanizmlər vasitəsi ilə həyatda qala bilirlər. Şübhəsiz, bu vəziyyət təkamülçülərin birhüceyrəli canlıları guya bəsit canlılar hesab etmələrinin əslində ideologiyalarından qaynaqlandığını bir daha sübut edir. Hələ mexanizminin necə işlədiyi tam olaraq anlaşılmayan, gözlə görülməyəcək qədər kiçik bir canlının yaşadığı şəraitə uyğunlaşaraq digər canlılardan üstün bir sistemə sahib olması və sahib olduğu sistem vasitəsi ilə öhdəsinə götürdüyü vəzifəni milyonlarla ildən bəri qüsursuzca yerinə yetirməsi uca Allahın üstün sənətindəki sirləri anlaya bilmək, Onun gücünü görmək və təqdir etmək üçün bir vəsilədir.