Parıldayan qırxayaq

Parıldayan qırxayaq

Allahın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlilləri “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz” (Nəhl surəsi, 18) ayəsi ilə bildirildiyi kimi, bizim saymağa gücümüz çatmayacaq qədər çoxdur. Yaradılış dəlillərinin bir-biri ilə uyğunluq içində olması kainatda möhtəşəm bir nizam əmələ gətirir. Bu nizam insan ağlının belə əsla anlaya bilməyəcəyi incəliklərlə mükəmməl şəkildə yaradılmışdır. Uca Rəbbimizin uyğunlaşma (adaptasiya) sənəti də bu mükəmməl incəliklərdən biridir.

Adaptasiya bir canlının olduğu mühitdə daha rahat yaşamasını və çoxalmasını təmin edən xüsusiyyətdir. Təkamül nəzəriyyəsini müdafiə edənlər canlılardakı adaptasiyanın təkamülə dəlil olduğunu irəli sürür və canlıların yaşadığı mühitin şərtlərinə uyğunlaşaraq müəyyən zaman ərzində növ dəyişdirdiklərini iddia edirlər. Amma təkamülçülərin “şərtlərin dəyişməsi canlıların təkamül keçirərək növ dəyişdirmələrinə səbəb olur” iddiası, əlbəttə ki, əsassızdır. Doğrudur, canlılar yaşadıqları mühitin şərtlərinə uyğunlaşa bilirlər, lakin  bu uyğunlaşma yalnız canlıların "genetik potensialı"nın imkan verdiyi hüdudlar daxilində baş verə bilər. Əgər genetik potensialı bu dəyişikliklərə uyğunlaşmasına imkan vermirsə, onda bu növ dəyişən şərtlərə uyğunlaşa bilmir və ölür. Ancaq heç bir zaman şəraitə uyğunlaşaraq başqa növə çevrilmir. Hər zaman eyni növə məxsus olaraq qalır.

Bütün canlıların ortaq bir əcdaddan təsadüflər nəticəsində meydana gəldiyini müdafiə edən təkamülçülər adaptasiya anlayışından çox istifadə edirlər. Lakin adaptasiya ilə təkamül əlaqəsi Lamark dövründən qalmış primitiv elmin bir qalığıdır və bu iddianın əsassızlığı illər öncə elmi kəşflər nəticəsində sübut edilmişdir.

Allahın canlılarda yaratdığı adaptasiya xüsusiyyəti sayəsində canlılar olduqları mühitdə daha rahat yaşayıb çoxala bilirlər.
Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)


Cənubi Kaliforniyada qaranlıqda parıldayan qırxayaq cinsinin 3 növü yaşayır. Motyxia cinsindən olan qırxayaqlar bütün bədənlərini parıldada bilirlər. Bu qırxayaqlar kordurlar. Beləliklə, işıqlarını bir-birlərini görmək üçün istifadə etmələrinin heç bir mənası yoxdur. Bu canlılar işığı düşmənlərindən qorunmaq üçün istifadə edirlər. Bu, Arizona Universitetində aparılan bir tədqiqatla sübut edilmişdir. Parıldayan qırxayaqlar parıldamayan növlərə görə gəmiricilərin daha az hücumuna məruz qalırlar. Bu qırxayaqların olduqları mühitə uyğun yaşamalarında daha bir mükəmməl uyğunluq da var. Bu canlılar düşmənlərini qorxutmaq üçün sianid turşusu ifraz edirlər və bunu dərilərində saxlayırlar.