Qarışqalar yuvalarına gələn yad qarışqaların qoxusunu unutmurlar

Qarışqalar yuvalarına gələn yad qarışqaların qoxusunu unutmurlar

Tədqiqatçılar yuvalarını ağaclarda quran tropik toxucu qarışqalar (Oecophylla smaragdina) üzərində araşdırma aparıblar. Təxminən 500 min işçi qarışqanın yaşadığı yuvada aparılan araşdırmalarda tədqiqatçılar qarışqaların öz koloniyalarına məxsus qarışqaları digər qarışqalardan ayırd edə bildiklərini və yad qarışqaları yuvadan kənarlaşdırmaq üçün hücuma keçdiklərini aşkar ediblər.

Qarışqalar öz koloniyalarına xas kimyəvi yollarla koloniya üzvlərini digərlərindən ayırd edə bilirlər, belə ki başqa koloniyadan olan qarışqa ilə qarşılaşdıqda qarışqa onun qoxusunu dərhal tanıyır və hafizəsində saxlayır.  Bu qoxunu koloniyanın digər üzvlərinə də ötürür və beləcə koloniyadakı digər qarışqalar da yuvaya girməyə çalışan yad qarışqaları tanıyırlar. Beləcə qarışqalar arasında "ortaq yaddaş" formalaşır.

Qarışqaların ilk yarandıqları andan etibarən bu qüsursuz davranışı sərgiləməsi barəsində düşünmək lazımdır. Bu cür plan üçün lazım olan iş bölgüsünü yalnız özü üçün yaşayan canlının qurması qeyri-mümkündür. Bütün canlıların Yaradıcısı, sonsuz ağıl sahibi olan Allah qarışqaların bu sistemli dünyasında Öz sonsuz qüdrətini göstərir. Ayələrdə belə buyurulur:

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)