Məməlilərin mənşəyi

Məməlilərin mənşəyi

Təkamül nəzəriyyəsi daha əvvəl də bildirdiyimiz kimi, dənizdən təkamül keçirərək çıxan bir cür xəyali canlıların sürünənlərə çevrildiyini, quşların da sürünənlərin təkamül keçirməsi ilə əmələ gəldiyini iddia edir. Eyni ssenariyə əsasən, sürünənlər təkcə quşların deyil, həm də məməlilərin əcdadıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük uçurum var. Məməlilər istiqanlı heyvanlardır, balalarını doğurlar, əmizdirirlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə yumurtlayaraq çoxalırlar, balalarını əmizdirmirlər və bədənləri pulcuqlarla örtülüdür.

Bu uçurumlara başqa bir misal sürünənlərin və məməlilərin çənə quruluşlarıdır. Məməlilərdə alt çənədə təkcə bir sümük var və dişlər bu sümüyün üzərində yerləşir. Sürünənlərdə isə alt çənənin hər iki tərəfində üç dənə kiçik sümük var. Başqa əsas fərq bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (zindan, üzəngi və çəkic sümükləri) olmasıdır, bütün sürünənlərdə isə orta qulaqda bir sümük var. Təkamülçülər sürünən çənəsinin və sürünən qulağının mərhələli şəkildə məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu çevrilmənin hansı mərhələlərlə baş verdiyi sualı isə cavabsızdır. Xüsusilə tək sümükdən ibarət qulağın üç sümüklü formaya necə çevrilməsi və eşitmə hissinin bu zaman necə davam etdiyi əsla cavablana bilməyən sualdır.

Xüsusilə tək sümükdən ibarət olan bir qulağın üç sümüklü şəklə necə çevrildiyi və eşitmə hissinin bu əsnada necə davam etdiyi təkamülçülərin əsla cavab verə bilmədikləri bir sualdır. Hətta sürünənlərlə məməliləri bir-birinə bağlaya biləcək bir ara keçid forması belə tapılmamışdır. Buna görə təkamülçü paleontoloq Rocer Levin "ilk məməliyə necə çevrildiyi hələ də bir sirdir",- demək məcburiyyətində qalır. Roger Lewin "Bones of Mammals, Ancestors Fleshed Out", Science, cilt 212, 26 İyun 1981, s. 1492.

50 milyon illik yarasa fosili hal-hazırda tapılan yarasa fosilindən fərqsizdir. (Science, Vol. 154)     Təkamülçülər bütün məməli növlərinin ortaq bir atadan gəldiyini iddia edirlər, halbuki ayı, balina, siçan və ya yarasa kimi fərqli məməli növləri arasında müxtəliflik mövcuddur.Bundan əlavə bu canlıların çox xüsusi yaradılmış sistemləri var. Məsələn, yarasalar qaranlıqda yol tapmalarını təmin edən çox həssas sonar sistemlə yaradılıblar. Müasir texnologiyanın yalnız təqlid etməklə kifayətləndiyi bu kimi kompleks sistemlərin təkamülün iddia etdiyi kimi, təsadüflərlə ortaya çıxması isə qeyri-mümkündür. Belə ki fosil nümunələri yarasaların bugünkü qüsursuz quruluşları ilə birlikdə bir anda ortaya çıxdıqlarını və heç bir təkamül keçirmədiklərini göstərir.

XX əsrin ən böyük təkamülçülərindən və neodarvinist nəzəriyyənin banilərindən biri olan Corc Qeylord Simpson isə təkamül nəzəriyyəsi baxımından çox təəccüblü olan bu həqiqəti belə ifadə edir:

Dünyadakı həyatın ən dolaşıq məsələsi Mezozoy dövrünün, yəni sürünənlər dövrünün məməlilər dövrünə ani surətdə keçməsidir. Sanki baş rolunu çox sayda və növdə sürünənlərin oynadığı dramın pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldıqda isə bu dəfə baş rolu məməlilərin oynadığı və sürünənlərin bir kənarda qaldığı tamamilə yeni bir dövr başlamışdır. Üzə çıxan məməlilərin əvvəlki dövrə aid izləri isə yoxdur. Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, s. 42.

Habelə ani surətdə üzə çıxan məməlilər bir-birlərindən çox fərqlidir. Yarasa, at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə üzə çıxıblar. Bu canlıların aralarında təkamül əlaqəsi qurmaq ən zəngin təxəyyül gücü üçün belə imkansızdır. Təkamülçü zooloq Erik Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:

Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər. Eric Lombard, "Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer", Evolution, Cilt 33, Dekabr 1979, s. 1230.

Bütün bunlar göstərir ki, canlılar yer üzündə heç vaxt təkamül keçirmədən, birdən-birə və qüsursuz şəkildə ortaya çıxıblar. Bu da yaradılmış olduqlarının açıq sübutudur.Təkamülçülər isə canlı növlərinin yer üzündə müəyyən bir sıra ilə ortaya çıxdıqlarını təkamül keçirdiklərinin göstəricisi kimi izah etməyə çalışırlar. Halbuki canlıların yer üzündə ortaya çıxma sırası ortada heç bir təkamül olmadığına görə "yaradılışın sıralaması"dır. Fosil qeydləri üstün və qüsursuz bir yaradılışla yer üzünün əvvəlcə dənizlərdə, sonra isə quruda yaşayan canlılarla doldurulduğunu və bütün bunların ardından insanın yaradıldığını göstərir. İnsanın yer üzündə həyata başlaması isə böyük bir kütlə təlqini ilə qəbul etdirilməyə çalışılan "meymun insan" nağılının əksinə olaraq bir anda və əksiksiz şəkildə baş vermişdir.