Bitkilər soyuqla necə mübarizə aparır?

Bitkilər soyuqla necə mübarizə aparır?

Quru budaqları olan və uzun müddət torpaqda hərəkətsiz qalan ağaclar qış mövsümü gəldikdə özlərini qorumaq üçün bəzi tədbirlər görürlər. Bəs bu tədbirlər hansılardır?

Bitkilər heyvanlar kimi soyuqdan qaça bilmirlər. Onları qoruyan qalın kürkləri də yoxdur. Lakin uca Allah bitkilərə bəxş etdiyi xüsusi sistemlərlə onları soyuq havalardan qoruyur. Bitkilərə ən çox donvurma təsir edir. Donma və donun açılması zamanı bitkilərin su dövranı sistemində qabarcıqlar əmələ gəlir. Bu, buz parçasının içində qalan hava qabarcıqlarına bənzəyir. Buz əriyəndə isə həmin hava qabarcıqları birləşir. Bu proses bitkinin su kanalında baş versə, həmin kanala çoxlu hava qabarcığı yığıla bilər. Buzun əriməsi nəticəsində isə hava qabarcıqları birləşər, bitkinin su kanallarını tıxayar və beləcə, kök ilə yarpaq arasındakı su nəqlinə mane olaraq bitkinin ölməsinə səbəb olar.

Bitkilər üzərində aparılan araşdırmalar nəticəsində onların üç xüsusiyyətdən istifadə edərək bu problemi aradan qaldırdığı məlum olmuşdur.

www.bitkilerevrimicurutuyor.imanisiteler.com

Yarpaqlarını tökməsi

Şimali Amerikada bitən qoz və palıd ağacı kimi bəzi bitkilər donvurmanın əmələ gətirdiyi zərərdən qorunmaq üçün qış gəlməmişdən əvvəl yarpaqlarını tökür. Bunun sayəsində də kökdən yarpağa gedən su axını dayanır. Havalar istiləşdikdə isə yenidən yarpaqlamağa və böyüməyə başlayırlar.

Su kanallarını daraltma

Qovaq və tozağacı kimi bəzi bitki növləri isə çox dar olan sudaşıma hüceyrələrindən istifadə edərək su nəqlini həyata keçirir. Bu cür su hüceyrə kanalları donmağa və donun açılmasına daha az şərait yaradır.

İstirahət dövrünə keçmələri

Bəzi bitkilər isə ölərək torpağa geri qayıdır. Uyğun mühit yarandıqda da yenidən cücərməyə başlayır.

Elm adamlarının on minlərlə fərqli bitki növü üzərində apardıqları araşdırmalar nəticəsində gəldikləri nəticələr olduqca təəccüblüdür. Çünki bitkilər qış başlamamışdan əvvəl həyatlarını davam etdirmək üçün lazımi tədbirləri görürlər.

Şübhəsiz ki, gözü, qulağı, əli, sinir sistemi olmayan, üstəlik, torpaqda hərəkətsiz dayanan bitkilərin havadakı dəyişikliyi hiss etməsi, bunun təhlükə olduğunu qavraması, bu təhlükəyə qarşı özünə müdüfiə üsulu yaratması uca Allahın sonsuz ağlının və elminin təzahürüdür.

Yer üzündəki bütün canlılar kimi bitkilər də həssas tarazlıqla və möhtəşəm sistemlərlə birlikdə yaradılmışlar. Baxdığımız hər yerdə bunu görmək mümkündür. Bütün canlılar bizə onları yaradan Allahı tanıdırlar. Şübhəsiz ki, burada təriflənməyə layiq olan bütün canlıları sahib olduqları xüsusiyyətlərlə yaradan uca Allahdır. Yer üzündəki bütün varlıqlar kimi, bitkilər də Allahın xüsusi yaratdığı sistemlər sayəsində və Onun nəzarəti altında həyatlarını davam etdirirlər:

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. (Həcc surəsi, 64)

Bütün canlıları yaradan Allahdır

Ağaclar kökdən gələn suyun dona biləcəyini və əmələ gələn hava qabarcıqlarının əriyən su ilə birləşərək suyun yuxarı çıxmasına mane olacağını haradan bilir?

Ağaclar bunu hesablamaq üçün fizika və kimya mütəxəssisi olmalı deyil?

Bunları bilməsi üçün kənardan su kanallarını görməli və baş verəcək hadisələri müəyyən etməli deyil? Ağaclar öz daxilində olan və həyatı boyunca görmədiyi sistemi haradan bilir?

Havanın soyuduğunu və qışın gəldiyini necə anlayır?

Soyuq hava ilə birlikdə şaxtanın da başlayacağını, maye halındakı suyun bərk hala keçəcəyini, havaların isinməsi nəticəsində isə bərk haldan maye hala çevriləcəyini necə bilir?

Bu prosesləri ağlı və şüuru olmayan ağacın yerinə yetirməsi mümkündürmü?

Əlbəttə ki, xeyr. Bu canlılara sahib olduqları bütün xüsusiyyətləri ilham edən uca Allahdır. Bir Quran ayəsində belə buyurulur:

Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər! (Ənkəbut surəsi, 61)