Begemotların mükəmməl müdafiə silahı - çənələri

Begemotların mükəmməl müdafiə silahı - çənələri

Begemotlar otyeyən heyvanlar olsalar da, güclü çənə quruluşuna sahibdirlər. Bitkilərlə qidalandıqları üçün güclü çənə və dişlərə ehtiyac olmadığı düşünülə bilər. Begemotlar otları dodaqları ilə tutub, ağızlarına ötürərək qidalandıqları üçün çənə və dişlərini heç vaxt ov etməkdə istifadə etmirlər. Ancaq Rəbbimiz bu canlılara 1821 psi (təzyiq vahidi) gücə malik çənə yaratmışdır. Əlbəttə ki, bu yaradılışın bir hikməti var. Begemotlar çənələrini 80 sm açır və dişlərini göstərərək düşmənlərini qorxudurlar.

Begemotların hər iki tərəfdə 3 ədəd kəsici, 1 köpək, böyük və kiçik azı dişləri olmaqla, 44 dişi var. Alt çənədə şaquli yerləşən kəsici dişlər və üst çənədəki köpək dişləri bir-birini itiləyərək düşmənləri üçün təhlükəli silaha çevrilir.
Begemotlar yaşadıqları mühitdə güclü çənə və dişlərə ehtiyac duyurlar. Çünki timsahların çox olduğu şirin sularda yaşayan begemotlar onların hücumundan məhz çənələri sayəsində qorunurlar.

Uca Allah begemotlara mükəmməl müdafiə silahı bəxş etmişdir. Şəfqət və mərhəmət sahibi olan Rəbbimiz bu canlıları yaşadıqları mühitə ən uyğun xüsusiyyətlərlə yaratmışdır. Ayələrdə belə buyurulur:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq (nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (nöqsan tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır. (Mülk surəsi, 3-4)