Asiyada yeni quş növü kəşf edilib

Asiyada yeni quş növü kəşf edilib

Sərçəkimilər dəstəsini tədqiq edən tədqiqatçılar bu dəstəyə aid 10 müxtəlif növ müəyyən edib. Mütəxəssislər çalıquşu və digər sərçəkimilər dəstəsinə aid quşlara bənzəyən yeni quş növünün “Elachura” adlandırılmasını irəli sürürlər. Tədqiqat “Biologiya məktubları” (Biology Letter) jurnalında dərc olunub.

İsveçin Upsala Universitetinin Kənd Təsərrüfatı fakültəsindən professor Per Alstrom: “Növün yeganə üzvü olan bu quş ən böyük dəstə olan sərçəkimilərin arasında yaşayan ən qədim təmsilçidir. Bu dəstə dünyadakı 10.500 quş növünün 36%-ini əhatə edir”, -deyib.

Tədqiqatı Upsala Universiteti və Çin Elmlər Akademiyası birgə həyata keçirib. Bundan əvvəl, spelaeornis formosus kimi tanınan elachura formosa Himalay dağlarından Çinin cənubuna qədər uzanan bölgədə yaşayan sərçəkimilərə aid kiçik bir növdür.

Professor Alstrom bu növün subtropik dağ meşələrindəki qarışıq bitki örtüyünün dərinliklərində gizləndiyi üçün çətin müşahidə olunduğunu deyib.

Çalıquşuna bənzəyir

Erkək quşlar cütləşmə dövründə özünəməxsus qulaqbatırıcı səslə oxumağa başlayır. Bu səs Asiyada heç bir quşun səsinə bənzəmir. Bəzən kolların arasında bir budağın üstündə görünür.

Prof. Alstrom bu yeni quş növünün bundan əvvəl kəşf edilməməsini çalıquşu və digər sərçəkimilərə çox bənzəməsi ilə əlaqələndirir.