Dərinin özünü yeniləməsi

Dərinin özünü yeniləməsi

Dərinin xarici mühitdə qarşılaşacağı ilk təhlükələrdən biri yaralanmadır. Dəridə yaralanma meydana gələndə müdafiə hüceyrələri dərhal hərəkətə keçir, əvvəl oradan içəri sızan düşmənlərə qarşı mübarizə aparırlar. Sistemə sızmağa çalışan mikrob və yad hüceyrələrə qarşı mükəmməl mübarizə apararkən, digər tərəfdən də “fibrin” adlanan lifli zülal istehsal edərək dərini təmir etməyə çalışırlar. Çünki dərinin əsas qoruyucu funksiyası onun xarici qatını təşkil edən ölü hüceyrə qatıdır. Hüceyrə bölünməsi ilə yaranan hər yeni hüceyrə dərinin daxili hissəsindən səthə doğru hərəkət edir. Bunu edərkən, hüceyrədaxili maye, yəni sitoplazma möhkəm zülal olan keratinə çevrilir. Bunun sayəsində hüceyrə ölür. Yaranan keratin maddəsi çox möhkəmdir və həzm fermentləri ilə parçalanması mümkün deyil. Bu, möhkəmlik deməkdir. Bədənə daxil olmaq istəyən bakteriya və göbələklər dərinin xarici təbəqəsində bir şey tapmırlar. Bundan başqa, keratinli ölü hüceyrələr daim dərinin üzərindən tökülürlər. Bu yolla itirilən hüceyrələr altdan yeni gələnlərlə doldurulanda, o hissələrdə içəri nüfuz edilməsi çətin olan bir bariyer qurulur.

İnsan bədənindəki orqanların möcüzəvi işini izah etmək belə ağıl tələb edərkən, bu sistemin təsadüfən yarandığını iddia etmək, təbii ki, ağılsızlıq olar. Bu cür qüsursuz bir sistem şüursuz təsadüflərlə mövcud ola bilməz. İnsanın içində belə bir mükəmməl sistemin qurulması onun Allah tərəfindən yaradılmasının açıq-aydın dəlilidir.

Orqanlarımız özlərini nə qədər zamanda yeniləyirlər

Ürək - 20 il

Saçlar - 3-6 il

Mədə divarı - 3-5 gün

Bağırsaq - 2-5 gün

Sümük - 10 il

Dil - 10 gün

Qaraciyər - 6 ay

Ağciyər - 1 il

Bədənimizdəki bərpa və yenilənmə fəaliyyətləri gələcəkdə, çox güman ki, paraliç kimi sinir toxumasının itirilməsindən yaranan və ya hal-hazırda hələ müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsinə yardım edəcək. Elmdəki nailiyyətlər Peyğəmbərimizin (s.ə.v) axırzamanda insan ömrünün uzanacağına dair buyurduğu hədislərinin də doğruluğuna işarə edir.