Tısbağaların Möhkəm Çanaqları

Tısbağaların Möhkəm Çanaqları

Tısbağa çanağı hansı anatomik quruluşdadır?

Tısbağanın qalın çanağının yaradılışındakı hikmətlər nələrdir?


Bədəninin üstündə sümük lövhələrdən ibarət skeletə (bağa) sahib qurbağaların güclü çanağı olur. Allah bu canlıların çanaqlarını onlara xas quruluşda və müxtəlif hikmətlərlə yaradıb. İndi bu xüsusiyyətləri sıra ilə araşdıraq:
Tısbağa çanağının xüsusi yaradılmış anatomik quruluşu:


Tısbağaların çanaqlarının üst hissəsi karapaks, alt hissəsi isə plastron adlanır. Allah tısbağaların çanağını skelet sisteminin tərkib hissəsi kimi yaradıb. Sadəcə baş, ayaq və quyruq hissələri bu orqanlarını bayıra çıxara bilməsi üçün açıqdır. Qalan bütün hissələr isə alt, üst və kənarlardan bir-birinə möhkəm birləşmiş sümük lövhələrlə örtülüdür. Sümük lövhələr epidermis mənşəli keratin lövhələrlə örtülüdür. Bu sümük zireh skeletin ayrılmaz hissəsi olduğundan tısbağa çanağın xaricində əsla yaşaya bilməz. Çanaq skelet təbəqə şəklində altdan yuxarıya doğru böyüyür.

 
Bütün tısbağa növləri ağciyərlə tənəffüs edir. Allah bu canlıların ağciyərlərini kürəyə doğru və çanağa yapışmış formada yaradıb. Ağciyərləri qoruyan qabırğalar da üst çanağın alt hissəsindədir. Ancaq suda yaşayan tısbağalar “kloak tənəffüsü”nə (Bəzi canlılarda həzm, ifrazat və çoxalma tullantıları ancaq bir yerdən xaric edilir. Buna kloak tənəffüsü deyilir) sahibdir.
Dəri ilə vəhdət təşkil edən bu çanaq eynilə insan dərisinin özünü yeniləyərkən ölü dərinin zaman keçdikcə töküldüyü kimi təbəqə halında atılır və yenilənir. Bu ağır çanaq canlının quruda sürətlə yeriməsini çətinləşdirir. Ancaq Allahın bu canlıda yaratdığı çanağın çox böyük hikmətləri var.


Şübhəsiz ki, Allah təbiətdəki hər şeyi sonsuz elm və qüdrəti ilə yaradıb. Tısbağalar da Uca Allahın bu elm və qüdrətinin əsəridir. Bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allahdır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. Quranda bu həqiqət belə bildirilir:


“Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir”. (Casiyə surəsi, 36-37)


“O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır”. (Sad surəsi, 66)

 

Tısbağanın qalın çanaqla yaradılmasındakı hikmətlər:


Quru tısbağaları oktyabr və mart ayları arasında qış yuxusuna gedirlər. Bu canlıların qış yuxusunda ürək döyüntüsü və tənəffüs kimi həyati funksiyaları yavaşıyır. Bu xüsusiyyətlərinə görə qış yuxusuna gedən digər canlılara bənzəyirlər. Lakin digər qış yuxusuna gedən canlılardakı kimi bədənlərində yağ toplamırlar. Allah bu canlıların qış yuxusunda həyatlarını davam etmələri üçün qaraciyər və böyrəklərini xüsusi quruluşda yaradıb. Həmçinin burada çanaq da bədənimizi qoruyan sümüklər kimi kalsium anbarı rolunu oynayır. Bu kalsium anbarı qış yuxusuna gedən tısbağa növlərinin qanındakı elektrolit sıxlığını və turşu-əsas tarazlığını qoruyur və onların həyati fəaliyyətlərini davam etmələrini təmin edir. Qış yuxusu zamanı bədən funksiyalarının yavaşlaması ilə böyrək və qaraciyər də bu vəziyyətlə uyğunlaşır.


Bilirik ki, tısbağalar yumurtlayaraq çoxalırlar.Yumurtaların sayı tısbağanın növlərinə görə dəyişir. Məsələn, dəniz tısbağaları 70-180, bissa tısbağası (Eretmochelys imbricata) 242, yaşıl tısbağa 1100-dən daha çox, yastı çanaqlı tısbağa növü (Malacochersus tornieri) və böyük başlı tısbağa növü (Platysternon megacephalum) isə bəzən iki yumurta qoyur. Bu yumurtaların ətrafını örtən kalsiumdan ibarət qoruyucu xarici qabığın əsas maddəsini kalsium anbarı olan qoruyucu qabıq təmin edir.


Olduqca yumşaq bədənə sahib olan tısbağalar yavaş hərəkət etdikləri üçün digər canlılar onları rahatlıqla ovlayır. Lakin Uca Rəbbimiz bu canlıların rahatlıqla ovlanmalarının qarşısını almaq və soylarını davam etdirmək üçün qabırğalar ilə onurğanın birləşməsindən ibarət sərt xarici çanaq yaradıb. Tısbağalar qorxduqda baş, ayaq və quyruqlarını bu çanaqlarının içinə çəkirlər. Beləcə, baş verəcək hər cür təhlükəyə qarşı özlərini qoruyurlar.


Yumurtadan çıxdıqdan sonra müdafiəsiz qalan tısbağa balaları sərt xarici qabıqları ilə birlikdə dünyaya gəlirlər. Tısbağa embrionlarında əvvəlcə qabırğalar, daha sonra onurğa genişlənir. Balalar boylarına uyğun çanaqları ilə birgə yumurtadan çıxaraq dünyaya gəlirlər. Tısbağa böyüdükcə çanaqları da böyüyür. Çanaq bu cür inkişaf edərək balaları qoruyan qalxan rolunu oynayır.


Güclü qoruyucu olan çanaq, eyni zamanda, tərkibindəki dəmir, kalium və maqnezium ilə laktik turşu yığılmasının qarşısını alır. Buna görə də tısbağaların suda yaşayan növləri digər onurğalılara nisbətən suyun altında daha uzun müddət qalırlar.
Allah suda yaşayan canlıları gəzməyimiz üçün onurğamızla bədənimizi tarazladığı kimi tarazlayıb. Məsələn, suda yaşayan tısbağaların xarici qabığının üzərindəki xətt eynilə qayıqlardakı karina kimi (gəminin suyun altında qalan kənar hissəsi) suda tarazlıqda qalmalarını təmin edir. Həmçinin düşdükdə və ya tərs çevrildikdə yenidən düzəlmələrinə kömək edir. Çünki tısbağaların ən həssas yeri qabıqlarının altında yerləşən qarın hissələridir. Allahın tısbağa qabıqlarının üzərində yaratdığı tarazlıq nöqtəsi olmasaydı tərs çevrildikdə günəş vurmasından ölə bilərdilər.


Tısbağa soyuqqanlı canlı olduğundan bədəninin temperaturunu artırması onun üçün çox əhəmiyyətlidir. Allahın yaratdığı qoruyucu çanaq istiliyi tənzimləyərək tısbağanın bədən temperaturunu qaldırır.


Göründüyü kimi Allah tısbağaları onları müdafiə edən və həyatlarını asanlıqla davam etdirən fərqli xüsusiyyətlərlə birlikdə yaradıb. Allah Mülk surəsində kainatdakı qüsursuz ahəngdən belə xəbər verir:


“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Mülk surəsi, 3-4)


Tısbağalar Uca Allahın yaratma sənətinə nümunə olan canlılardır


→ Dənizdə yaşayan ən böyük tısbağa dəri kürəkli nəhəng dəniz tısbağasıdır (Dermochelys cariacea). 2 metr boya, 450 kq ağırlığa malikdir.

→ Şirin sularda yaşayan canlıların ən böyüyü olan timsah səsli tısbağa (Macrochelys temminckii) təxminən bir metr boya, 100 kq ağırlığa malikdir.

→ Dünyada yaşayan ən böyük tısbağalardan bəziləri Qalapaqos, Seyşel və Aldabra takım adalarında yayılış göstərən nəhəng tısbağalardır (Chelonoidis və ya Testudo Elephantopus). Dünyada məşhur olan bu nəhəng canlıların boyları 120 sm, çəkiləri isə 300 kq-dır.

→ Tısbağalar çox uzunömürlü canlılar sırasındadır. Aldabra adasında yaşayan Geochelone gigantea sumeirei alt növünün 152 yaşına çatdığı müəyyən olunub.


Tısbağaların çanağındakı xüsusiyyətlər Allahın yaradılış dəlillərindən sadəcə biridir. Allah hər canlını yaşadığı mühitə ən uyğun, həyatını və nəslini davam etdirən və qida əldə etməsinə kömək edən üstün xüsusiyyətlərlə yaratmışdır. Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz heç bir canlıdan rəhmətini və nemətini əsirgəməmişdir. Canlıların sahib olduğu bu xüsusiyyətlər isə möminlər üçün dəlildir:


“Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. (Casiyə surəsi, 3-4)


Tısbağalar təkamül keçirməyiblər


Tısbağaların anatomik və fizioloji quruluşları onları Uca Allahın yaratdığını göstərir. Əgər tısbağalar təkamülçülərin iddia etdiyi kimi təkamüllə təsadüfən yaradılsaydılar həm quruya, həm şirin suya, həm də dənizə uyğun sistem və orqanları eyni olmalı idi. Halbuki sadalanan fərqli mühitlərdə canlıların orqanları ehtiyaclarına görə ən mükəmməl şəkildə yaradılıb. Məsələn, dənizdə yaşayan növlərin bədəndaxili maye həcmi və böyrək süzmə sistemləri ilə quruda və şirin sularda yaşayanların böyrək funksiyaları bir-birindən tamamilə fərqlidir. Sadəcə bir nümunə belə bu canlıların təkamül keçirmədiyini sübut edir. Həmçinin tapılan tısbağa fosillərinin dövrümüzdə yaşayan növləri ilə tam uyğunluq təşkil etməsi də tısbağaların Uca Allahın yaratdığı mükəmməl canlılar olduğunu ortaya qoyur.