Dənizlərdəki bakteriyalar təkamülçüləri çıxılmaz vəziyyətə salır

Dənizlərdəki bakteriyalar təkamülçüləri çıxılmaz vəziyyətə salır

Okeanlarda ən çox yaşayan canlılar bakteriyalardır. 

Təkamülçülər bu canlıları "ibtidai canlılar", "məhdud fəaliyyətləri olan sadə canlılar" kimi göstərirlər. Halbuki vəziyyət tərsinədir.

Belə ki, okean suyunun hər damlasında yüzlərlə müxtəlif bakteriya növü var. Çox hüceyrəli canlılarda olduğu kimi, tək hüceyrəli canlıların da “bioloji saata”a sahib olduqları aşkarlandı. Bu çox təəccüblüdür, çünki günün müəyyən vaxtlarında gen nəzarətinin həyata keçirilməsi həddindən artıq kompleks prosesdir. Başqa sözlə, təkamülçülərin heç gözləmədiyi səviyyədə kompleksliyin dəniz altındakı bu ilk canlılarda var olması təkamül idiasını tamamilə məhv edir.

Okeanın mikroblardan ibarət olan nəhəng şəhər olduğunu xəyal edin, hər damla suda yüzlərlə bakteriya növü yaşayır.

Professor Edvard F. Delonq: "Bunların birlikdə mahnı oxuduqlarını söyləmək mümkündür”,- deyə bildirmişdir. "Bəzi növlərdə müəyyən metabolizm prosesləri hər gün eyni vaxtda başlayır, bu da onların zamandan asılı olduğunu göstərir". MIT Universitetindən araşdırmanı aparan qrupun rəhbəri Delonq "Bu bioloji və biogeokimyəvi olan yeni tapıntıdır",- deyə açıqlayıb.

Alimlər üçün təəccüblü olan fərqli bakteriya növlərinin müxtəlif funksiyalı genlərini nizamlı olaraq aktivləşdirmə və söndürmə qabiliyyətlərinin olmasıdır. Məsələn, günəş enerjisini toplamaq ilə bağlı genləri gecə aktivləşdirərkən, gündüz saatlarında isə yeni zülalları sintezləyən genetik prosesi həyata keçirirlər. Delonq: "Fərdi olaraq bakteriyaların fəaliyyətini eyni sistemdə və eyni vaxtda həyata keçirmələri saata görə təzə işçilərin növbələşərək işlədilməsinə bənzəyir" - deyə qeyd edir.

Okeandakı müxtəlif mikrob növlərinin koordinasiya şəklində genlərini işlətməsi dənizdəki enerji çevrilməsinə görə əhəmiyyətli təsirə malik ola bilər. Dənizlərdə yaşayan bakteriyalar okeanın ekoloji balansı və məhsuldarlığına da təsir göstərir. Yəni dənizlərin altında yaşayan yüzlərlə müxtəlif təkhüceyrəli canlılar həmrəy şəkildə okeanlardakı həyatın davam etməsi üçün bir vücud kimi fəaliyyət göstərirlər. Bu hal hökm sahibinin Allah olduğunu və canlıların da ona itaət etdiyini açıq şəkildə göstərir.

Bu müşahidələrdə mikrobların RNT düzülüşünü müəyyən etmə metodları istifadə edilir. Bu yeni və getdikcə əhəmiyyəti artan bir üsuldur, beləcə eyni vaxtda müxtəlif növlərin gen xəritəsi çıxarılır. Təkamülçülərin israrla "ibtidai" kimi göstərmək istədikləri RNT molekullarının nə qədər əhəmiyyətli və kilid nöqtələrdə istifadə edildiyini uca Allah bizlərə bu elmi tərcübələri vəsilə edərək göstərir.

Bütün güc yalnız Allahındır. O, istədiyinə istədiyi şəkildə ruzi verir. Bütün canlılar isə ehtiyac içindədirlər. Yuxarıda izah edilən kompleks gen nəzarəti əslində çox mürəkkəbdir və hal-hazırda onlar üzərində tədqiqatlar davam edir.

Allah bizə kiçik bir bakteriyanın içində çox böyük nizam olduğunu göstərir. Allahın "Ol" deməsi ilə bu gözəl, möhtəşəm sistemlər heç bir mərhələyə, zamana, başqa təsirlərə ehtiyac duymadan bir anda yoxdan yaradılır. Bu qədər yüksək səviyyədə bilik və texnologiyanı tək bir hüceyrədən ibarət olan canlının icad etməsi mümkünsüzdür.

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.

Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. (Ali-imran surəsi, 26-27)