Qaraciyər: Bədənimizdəki müstəqil fabrik

Qaraciyər: Bədənimizdəki müstəqil fabrik

Qaraciyərinizin tək bir hüceyrəsində 500 fərqli kimyəvi prosesbaş verir. Millisaniyələr (saniyənin mində biri) içində qüsursuz mərhələlərlə baş verən bu proseslərin çoxu laboratoriya şərtlərində hələ təqlid edilə bilinmir. Qaraciyər hüceyrəsi yediyimiz qidaların hamısını hüceyrələrimizin istifadə edə biləcəyi enerji olan şəkərə, yəni qlikozaya çevirir. İstifadə edilməyən şəkəri yağa çevirib depolayır. Şəkər olmadıqda isə zülalları və yağları şəkərə çevirib hüceyrələrə ötürür.

Biz istədiyimiz hər növdə yeməyi yeyərkən, qaraciyər bu yeməkləri bədənimizin ehtiyacına görə sərf edir, çevirir və ya depolayır. İlk insan yaranandan indiyə qədər trilyonlarla qaraciyər hüceyrəsi eyni şüurla və çaşmadan hərəkət edir.

Qaraciyərin özünü bərpa etmə qabiliyyəti

Qaraciyər insan bədənindəki öz-özünü bərpa etmə qabiliyyətinə sahib olan yeganə orqandır. Qaraciyərin 70%-i kəsilsə belə, bir-iki həftə içində təkrar funksiyalarını yerinə yetirəcək həcminə qayıdar.

Qaraciyər hüceyrələri hər hansı bir zədə və ya zərər gördükləri zaman gözlənilməz fəaliyyətə başlayaraq, birdən-birə çoxalmağa başlayırlar. Hüceyrələr inanılmaz sürətdə bölünür və normal funksiyalarını maneəsiz yerinə yetirirlər. Funksiya yerinə yetirildikdən sonra hüceyrə bölünməsinin nə vaxt dayanacağına ortaq bir qərarla birdən son qoyulması isə daha da təəccüblüdür.