Həyat boyu davam edən sürətçıxarma: DNT

Həyat boyu davam edən sürətçıxarma: DNT

Bütün gün ərzində siz heç fərqində deyilkən, bədəninizdə sizin həyatınızın problemsiz olaraq davam etməsi üçün böyük həssaslıq və məsuliyyətləbir çox proseslər baş verir, qüsursuz nəzarət altında tədbirlər alınır.

Hüceyrələr bölünərək çoxalırlar. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə olduğu halda, bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbətində çoxalmağa başlayır.

Bəs bu bölünmə prosesi nəticəsində DNT necə olur? Hüceyrədə tək bir DNT zənciri var. Halbuki, yeni yaranan hüceyrənin də bir DNT-ə ehtiyacı olacağı aydındır.

Bunun üçün DNT hər mərhələsi ayrı bir möcüzə olan ardıcıl bir funksiya yerinə yetirir. Nəticədə, hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün bir nüsxəsini çıxarır və bunu yeni hüceyrəyə köçürür!... (dntmocuzesi.com)

Hüceyrənin bölünməsi ilə əlaqədar aparılan tədqiqatlar göstərir ki, hüceyrə bölünməzdən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhədini keçdiyi anda isə bölünmə müddəti öz-özündən başlayır. Hüceyrənin forması bölünməyə uyğun şəkildə olur. DNT də bir az əvvəl ifadə etdiyimiz kimi, özünün sürətini çıxarır.

Bunun mənası belədir: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verir" və hüceyrənin içindəki fərqli hissəciklər bu bölünmə qərarına uyğun olaraq hərəkət etməyə başlayırlar. Hüceyrənin belə kollektiv bir işi bacaracaq şüura sahib olmadığı aydındır. Bölünmə prosesi gizli bir əmrlə başlayır və başda DNT olmaqla, hüceyrə buna görə hərəkət edir. DNT özünü çoxaltmaq üçün əvvəl qarşılıqlı iki hissəyə ayrılır.

Bu hadisə olduqca maraqlı bir şəkildə reallaşır. Quruluşu spiralvari bir nərdivana bənzəyən DNT molekulu bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi ikiyə ayrılır. Artıq DNT iki yarım hissəyə bölünmüşdür. Hər iki hissənin də əskik olan yarıları mühitdə hazır olan hissəciklərlə tamamlanır. Beləcə, iki yeni DNT molekulu yaradılmış olur. Prosesin hər mərhələsində ferment deyilən və sanki inkişaf etmiş robotlar kimi işləyən ekspert zülallar öz funksiyalarını yerinə yetirirlər. Sürətçıxarma əsnasında ortaya çıxan yeni DNT molekulları nəzarət edici fermentlər tərəfindən dəfələrlə yoxlanılır. Hər hansı bir səhv varsa,dərhal müəyyən edilir. Yanlış şifrə qoparılıb yerinə doğrusu gətirilirək düzəldilir. Bütün bu proseslər elə sürətlə baş verir ki, dəqiqədə 3.000 pillə nukleotid yaranarkən, bir tərəfdən də bütün bu pillələr fermentlər tərəfindən dəfələrlə yoxlanılır və lazım olan düzəlişlər edilir. Böyük sürətlə yaranan yeni DNT molekulunda xarici təsirlər nəticəsində normadan artıq səhvlər edilə bilər. Bu dəfə isə hüceyrədəki ribosomlar DNT-dən gələn əmr istiqamətində DNT təmir fermentləri yaratmağa başlayırlar. Beləcə, DNT həm öz-özünü qoruyur, həm də özünün vənəslininartmağını zəmanət altına alır.

Maraqlı olan isə DNT-in həm yaranmasını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin yenə DNT-də qeydli olan məlumatlara görə və DNT-in əmr və nəzarəti iləyaranmış zülallar olmasıdır. Bu iç-içə keçmiş elə möhtəşəm bir sistemdir ki, belə bir sistemin addım-addım yaranan təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-in olması, DNT-in olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin pərdəsindən digər bütün kompleks hissəciklərinə qədər əksiksiz olaraq mövcud olması lazımdır.