Danışma möcüzəsi

Danışma möcüzəsi

Danışdığınız hər sözün möcüzəvi bir sistem sayəsində reallaşdığını heç düşündünüzmü?

Bir şey söyləmək istədiyiniz anda beyninizdən gələn bir silsilə əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beynin danışıq mərkəzlərini əhatə edən bölgədanışıq prosesində iştirak edən bütün əzələlərinizə lazım olan əmrləri göndərir. İlk əvvəl ağciyərləriniz "isti hava" təmin edir. İsti hava danışığın xam maddəsidir. Hava burnunuzdan daxil olur, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərinizə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Karbondioksit də xaric edilir.

Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən, səs telləri deyilən iki toxuma qıvrımı arasından keçir. Bu tellər bir növ pərdəyə bənzər və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmazdan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışdığınız zaman tellər bir yerə gətirilir və nəfəs verdikdə çıxan hava ilə titrəyir. Ağız və burun quruluşunuz səsinizin özünəməxsus xüsusiyyətlərini təyin edir. Siz sözləri bir-birinin ardınca sıralayıb danışarkən diliniz damağınıza müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da büzülüb yayılır. Bu proseslərdə bir çox əzələniz böyük bir sürətlə hərəkət edir. Danışa bilməyiniz üçün bu proseslərin hər birinin əksiksiz reallaşması lazımdır. Bu fövqəladə proseslər ağlasığmaz bir sürət içində və qüsursuzca reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.