Dəniz Canlısı olan Anemon bitkisi

 Dəniz Canlısı olan Anemon bitkisi

Dəniz güllərindən biri olan anemon bitkiləri mikroskopik mərmilər ataraq ov edən onurğasızdır. Eşitmə qabiliyyətləri zəif olan bu canlılar ovlarının yerini titrəşməyə həssas qəbuledicilər vasitəsilə müəyyən edirlər. Kapsul şəklindəki zəhərli mərmilərini saniyədə 2 metr sürətlə ovlarına doğru atırlar.

Kapsulları kimyəvi və toxunma olmaqla iki fərqli mexanizmlə atan anemonların bu taktikalarını daha yaxşı öyrənmək üçün tədqiqatlar aparıldı. Tədqiqatların birində bitki su hovuzuna yerəşdirildi və bir krevet qabığı şəkərə batırıldı. Daha sonra kiçik, titrəyən çubuq bitkiyə toxundurularaq fərqli şəkər ölçüləri və titrəşmə tezliyində neçə mərmi atdığı hesablandı. Şəkər olmayanda 55 Hs-lik titrəşmə ilə mərmi atma mexanizması işə düşdüyü halda, şəkər əlavə edildikdən sonra 5 Hs-lik titrəşmə mexanizmanı işə saldı. Bu dəqiq hesablamanı üstündəki kiçik çıxıntılar vasitəsilə edən dəniz canlısı normalda 50 Hs-lik tezliyə qarşı həssasdır. Ancaq krevet qabığındakı kitin təbəqəsi kimi tərkibi şəkər olan bir maddəni müəyyən edəndə bu rəqəm 5 Hs olur. Bu da dəniz güllərinin kimyəvi maddələrə qarşı həssas olduğunu göstərir. Şəkər tərkibli maddəni müəyyən etdikdən bir az sonra isə mərmi atma mexanizmasını işə salaraq ovunu vurur.