Arum zanbağının cəlbedici tələsi

Arum zanbağının cəlbedici tələsi

Arum zanbağının nəslini davam etdirmək üçün istifadə etdiyi üsullar hansılardır?

 Arum zanbağının həşəratlar üçün qurduğu tələnin mexanizmi necədir?

Arum zanbağı sehrləyici gözəlliyə malikdir. Ancaq bu gözəllik həşəratlar üçün hazırlanmış mükəmməl tələni də özündə ehtiva edir. Tələnin məqsədi qidalanmaq deyil, nəslini davam etdirməkdir.

Allah arum zanbağının çiçəyini həşəratların diqqətini cəlb edən xırdalıqlarla yaratmışdır

 

Zanbaq spadiks adlandırılan çubuq formasındakı başcığa malikdir. Başcığın ətrafı spata adlandırılan ağ yarpaq tərəfindən əhatə olunmuşdur. Bitkinin çiçəkləyən hissəsi ağ yarpağabənzər dibində yerləşir. Bura çöldən görünmür. Çiçəklənmə prosesinin baş verdiyi yerə diqqətlə baxdıqda dörd hissədən ibarət olduğu görünür. Bu hissələri aşağıdan yuxarıya belə sıralamaq olar:

1- dişi çiçəklər
2- tikanlı qısır çiçəklər
3- erkək çiçəklər
4- tikanlar

 

Tozlanaraq çoxalmağa hazır olduqda bitkidəki maddələr mübadiləsi sürətlənməyə başlayır və bitkidə əvvəlcədən hazırlanmış xüsusi turşu (qlütamin turşusu) parçalanır. Bu parçalanma nəticəsində başağın çöldə qalan hissəsi isinir və kəskin qoxulu ammonyak (NH3) qazı yaymağa başlayır. Bitkilərin böyük əksəriyyətində kimyəvi reaksiyalar nəticəsində ortaya çıxan temperatur xaric olunmur. Orqanizmdəki müxtəlif kimyəvi reaksiyalarda istifadə edilir. Burada Arum zanbağı istisnalıq təşkil edir. Arum zanbağındakı yuxarıda bəhs edilən isinmə kimyəvi reaksiyası il ərzində sadəcə bir gündə, həm də həmin müəyyən günün ancaq gündüz, havanın işıqlı vaxtı baş verir. Başağın ucundan yayılan temperatur və qaz bir çox həşərat üçün cəlbedici xüsusiyyətdədir. 

Bu səbəbdən reaksiya nəticəsində bir-birinin ardınca müxtəlif növlərdən olan həşəratlar çiçəyə cəlb olunur. Başcığın səthi yağlıdır. Ona görə başcığa gələn həşəratlar sürüşərək başcığın dibinə düşürlər. Burada dişi çiçəklərin üzərində ifraz edilən şəkərli maye ilə qarşılaşır və onunla qidalanırlar. Gecə olduqda erkək çiçəklər açılır və həşəratlar sanki tozcuq yağışına düşürlər. Səhər olduqda başağın üzərindəki tikanlar bükülərək həşəratların çölə çıxmasına kömək edən nərdivan rolunu oynayırlar. Nərdivanla yuxarı dırmaşan həşəratlar azadlıqlarına qovuşan kimi dölləyici tozcuq yükləri ilə birlikdə başqa zanbağa gedirlər. 

Arum zanbağı fizika və ya kimya mühəndisi deyil. Sənaye malları dizayneri də deyil. Amma yenə bu üç peşə qrupunun birləşməsindən ibarət mexanizmə malikdir. Bu mexanizmin hər cəhəti dəqiq şəkildə planlaşdırılmışdır. Mexanizmi təşkil edən hissələrdəki bir çatışmazlıq və ya sıralamadakı ən kiçik bir səhv Arumun bir daha çoxala bilməməsi və nəslinin sona çatması ilə nəticələnəcəkdir. Arumun tələsi mərhələ-mərhələ tədqiq edilərsə, bu tələnin nə qədər mükəmməl dizayn məhsulu olduğu daha yaxşı başa düşüləcəkdir.

1- Qlütamin turşusunun hazırlanması.

2- Bu turşunu parçalayan Dinitro Fenol adlı kimyəvi maddənin hazırlanması. Bu iki mərhələnin baş verməsi üçün məqsədə uyğun sayda atomun uyğun sırada düzülməsi.

3- Qlütamin turşusu yolu ilə bütün bitkilər temperaturu çəkərkən Rumun temperaturu xaric etməsinin təmin edilməlidir.

4- Temperaturu xaric etmənin vaxtının doğru təyin edilməsi, temperaturu xaric etmə vaxtını müəyyən edən sistemin mövcud olması. Bu mərhələdə zamanın təyin edilməsi çox vacibdir. Məsələn, tikanların nərdivan formasını almasından sonra temperaturu xaric etmək mənasız olacaq.

5- Həşəratların döllənmənin həyata keçəcəyi yerə gəlməsi üçün başcığın üzərində sürüşkən mayenin ifraz edilməsi. Bu ifrazatdakı bir səhv mayedəki sürüşkənlik xassəsinin itirilməsinə, hətta yapışqan olmasına səbəb olar ki, bu da zanbağın sonu deməkdir.

6- Həşəratları başcığın dibinə çəkərək orada saxlamağa kömək edən şəkərli mayenin ifraz edilməsi.

7- Həşəratlar buraya gəldikdən sonra (gəlməzdən əvvəl deyil) tozcuq yağışının başlaması

8- Tam vaxtında tikanların bükülərək nərdivan formasını alması və həşəratların çıxmasına izn verməsi. Tikanlar bu formanı əmələ gətirməsələr, həşəratlar çiçəyin dibində qalacaq və tozcuqları digər zanbaqlara apara bilməyəcəklər. 

Arumun tələsini mühəndislərin və ya elm adamlarının birləşərək dizayn etdiyini iddia etmək, şübhəsiz ki, ağılsızlıqdır. Bəs bütün bunların bir-birinin ardınca baş verən təsadüflərlə əmələ gəldiyini söyləmək? Şübhəsiz, belə bir iddianın əvvəlkindən də əsassız olacağı aydındır.

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.(Nəhl surəsi,10-11)