Planktonlar buludların yaranmasında necə rol oynayır ?

Planktonlar buludların yaranmasında necə rol oynayır ?

Balinaların planktonlarla qidalandıqlarını bilirik. Okeanda yaşayan bu mikroskopik canlılar özlərindən minlərlə metr yüksəkdə olan buludların yaranmasında mühüm rol oynayırlar.

Planktonların əksəriyyəti dimetil-sulfid adlanan kimyəvi maddə hazırlayır. Bu maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxlaşması üçün nüvə əmələ gətirərək buludları meydana gətirirlər. Bu nüvələr çox böyük olduqlarına görə yağışın yağmasına səbəb olmurlar, ancaq buludların günəş şüalarını əks etdirməsinə və ya udmasına təsir edirlər. Bu, “albedo” adlanır. Dimetil-sulfid albedonu artırır. Beləliklə, buludlar günəş şüalarını əks etdirir və bu səbəbdən torpağa daha az günəş şüaları  düşür. Nəticədə bir çox insanın həyatında bircə dəfə də görmədiyi planktonlar dünyanın çox həssas olan ekoloji tarazlığının qorunmasında mühüm rol oynayırlar. Okeanlarda yaşayan bu kiçik canlılar kükürdü yeyərək günəş şüalarının torpağa daha az düşməsini təmin edirlər. Buna görə də havanın temperaturu həyat üçün təhlükəli səviyyəyə yüksəlmir. Bu da yer üzünün məhv olmasının qarşısını alaraq onu həyat üçün əlverişli edir.

Əksər insanların bu xüsusiyyətlərini bəlkə də indi öyrəndiyi  və yer üzü üçün həyati əhəmiyyət daşıyan planktonlar Rəbbimizin üstün yaratmasının gözəl nümunələrindəndir.