Akasiya ağaclarını qoruyan qarışqalar

Akasiya ağaclarını qoruyan qarışqalar

Günəş Kosta-Rikanın yağışlı meşələrində ağacların arasından görünən kimi sarmaşıqlar dərhal hərəkətə keçir. Bütün ağacların yarpaqlarına və budaqlarına dolanır və ağacların üzərinə düşən günəş işığının qarşısını alırlar. Təkcə akasiya ağacından başqa...

Akasiya ağacının digər ağaclarda olmayan xüsusi qoruma sistemi mövcuddur.

Akasiya ağacının üzərində yaşayan akasiya qarışqaları canları bahasına da olsa, bu ağacı qoruyurlar.

Sarmaşığın ağaca düşən günəş işığının qarşısını kəsdiyini görən qarışqalar buna dərhal müdaxilə edirlər. Hamısı birləşərək sarmaşığın dolanmağa başladığı budağı və ya yarpağı kəsib atırlar.

Ağacı sarmaşıqlardan qorumaqla kifayətlənməyən qarışqalar, eyni zamanda, onun ləzzətli yarpaqlarının dadına baxmaq istəyən çəyirtkələri də dişləyərək ağacdan uzaqlaşdırırlar.

Ağac üçün etdikləri bu fədakarlığın əvəzində akasiya ağacı onları mükəmməl bir qida ilə təmin edir. Akasiya qarışqaları üçün həm ağacın nektarı, həm də narıncı rəngli tumurcuqları mükəmməl qidadır. Bu tumurcuqların tərkibində sürfələrin böyüməsi üçün lazım olan bütün vitaminlər var.

Akasiya ağacı qarışqaları təkcə qida ilə deyil, həm də qalacaqları yer ilə təmin edir. Ağacın tikanlarını oyaraq özlərinə yuva düzəldən qarışqalar digər canlıların hücumundan qorunur, təhlükəsiz və qidaya rahat çata biləcəkləri şəkildə yaşayırlar.

Qarışqalarla akasiya ağacları arasındakı müştərək həyat tərzi təkamül nəzəriyyəsinə ciddi zərbə vuran dəlillərdəndir. Bir canlının canı bahasına bitkini qoruması və bitkinin sisteminin bu həşərat tərəfindən zərər görməməsi çox böyük möcüzədir.

Hər iki canlının bir-birinə qarşı göstərdiyi bu fədakar davranışlar, təkamülçülərin iddialarının əksinə, təbiətdə mübarizə meydanını yox, uca Allahın yaratdığı ahəngdarlığın və nizamın olduğunu göstərir.

"Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (Casiyə surəsi, 36-37)