Kəpənək yumurtalarındakı detal və rənglər yumurtaları necə qoruyur?

Kəpənək yumurtalarındakı detal və rənglər yumurtaları necə qoruyur?

Bəzi kəpənəklər niyə yumurtalarını bitki cücərtilərində yerləşdirirlər?

Qırmızı krujevalı kəpənəyin yumurtasının üzərindəki krujeva naxışı hansı funksiyanı yerinə yetririr?

Allah digər canlılarda olduğu kimi, kəpənəklərin də yaşamaları üçün müxtəlif sistemlər yaratmışdır. Yumurtalar kəpənəklərin qoyduğu yerdə qalır, vaxtı çatdıqda çatlayır və sürfələr yumurtadan çıxır. Kəpənəklərin inkişaf mərhələlərində mühüm rol oynayan yumurtalar, eyni zamanda, uca Rəbbimizin qüsursuz detal və estetika sənətinin nümunələrindəndir.

Kəpənək yumurtalarını qoruyan xarici qabıq

Kəpənəyin yumurtaları bərk olan xarici qabıq vasitəsilə qorunur. Bu qabıq yumurtaların qurumasının qarşısını alan nazik mum təbəqə ilə əhatə olunmuşdur. Hər bir yumurtada mikrofilament adlanan boruşəkilli oyuqlar var. Bu oyuqlar sayəsində sperm içəri daxil olur və yumurtanı mayalandırır. Kəpənək və güvə yumurtalarının ölçüləri növlərinə görə fərqlənir. Onlar ya kürə şəklində, ya da oval formasında olur.

Kəpənəyin yumurtasındakı qoruyucu xüsusiyyətləri onlara Öz varlığını, sənətini və gücünü hiss etdirən, göylərin, yerin və bütün aləmlərin Rəbbi olan Allah vermişdir.

Kəpənəyin yumurtaları xüsusi yapışqan maddə ilə qorunur

Kəpənəklər yumurtalarını həmişə bitkilərin üzərinə qoyurlar. Bəzi kəpənəklər yumurtalarını fərqli bitkilərin, bəziləri isə yalnız bir bitki növünün üzərinə qoyurlar. Kəpənəklər fərqli bitki növlərindən, çox vaxt isə eyni fəsilədən olan bitkilərdən istifadə edirlər.

Kəpənəyin yumurtaları tez quruyan xüsusi yapışqan maddə ilə yarpağa yapışır. Bu maddə bərkidikcə büzülür və yumurta formasını alır. Aypara formalı hər bir yumurta bu yapışqan maddə ilə əhatə olunur. Bu yapışqanın tərkibi hələ də elmə məlum deyil və tədqiqatçıların maraq dairəsinə daxildir. O, eyni zamanda, elə bərkdir ki, qalın tüklərin yapışdığı ipək liflər belə bir-birlərindən ayrılmır. Allah bu nümunədə olduğu kimi, yer üzündəki bütün canlıları qüsursuz yaratmış və onlara ehtiyacları olan bütün xüsusiyyətləri vermişdir. Allah qüsursuz sənətini Quranda belə xəbər verir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Sürfələrin yumurtadan çıxma müddəti kəpənəklərin növlərinə görə dəyişir

Əksər kəpənəklər bir neçə həftə ərzində yumurtadan çıxırlar. Amma qış fəslinə yaxın müddətdə qoyulan yumurtalar, xüsusilə mülayim iqlim qurşaqlarında, yaz fəslində yumurtadan çıxırlar. Digər kəpənəklər yumurtalarını yazda qoyur və sürfələr yay fəslində yumurtadan çıxır. Məsələn, şimal kəpənəklərindən Nymphalis antiopa və Small  and large tortoiseshell kəpənəklərini nümunə göstərə bilərik. Kəpənəklərin rəngli və müxtəlif naxışlı yumurtaları Allahın misilsiz rəng və estetika sənətinin dəlillərindəndir. Yumurtadakı simmetrik xüsusiyyətlər də təsadüfən yarana bilməyəcək qədər mükəmməldir.

Rəbbimiz kəpənəklərin yumurtalarını fərqli və estetik xüsusiyyətlərlə yaratmışdır

Julia (Dryas iulia) kəpənəyinin yumurtası

Qonaqotu (Passiflora) bitkisinin cücərtisində yerləşdirilmiş Dryas iulia kəpənəyinin yumurtası ac qarışqalardan ancaq bu cür qoruna bilir. Bu kəpənəklər yumurtalarını bitkilərin qıvrılmış hissələrinə yerləşdirirlər. Bunu heç bir canlı özü və ya təsadüfən düşünə bilməz. Əlbəttə, kəpənəyə kamuflyaj qabiliyyətini verən üstün ağıl və elm sahibi Allahdır.

Kalliqo kəpənəyinin (Caligo memnon) yumurtası

Kalliqo kəpənəyinin yumurtasının mozaika naxışı eniş platformasına bənzəyir. Spermlərin yumurtaya daxil olması üçün mərkəzdə mikrofilament adlanan kiçik bir ağız vardır. Kalliqo kəpənəyinin yumurtasındakı bu detalı yaradan üstün güc sahibi Allahdır. Allah hər canlıya ehtiyacı olan bütün xüsusiyyətləri vermişdir.

Mavi morfo kəpənəyinin yumurtası (Morpho peleides)

Morfo kəpənəklərinin yumurtalarında olan qırmızı lent mayalanmanı xəbər edən kimyəvi reaksiyanın siqnalını verir. Yumurtanın içində 12-20 sm. uzunluqda qanadları olan dünyanın ən böyük kəpənəklərindən biri mavi morfonun embrionu olur.

Mavi Adonis kəpənəyinin yumurtası (Lysandra bellargus)

Mavi adonis kəpənəyi nadir kəpənək növlərindəndir. Yumurtalarını yalnız Avropada yetişən at nalı paxlası adlanan çoxillik bitkinin üzərinə qoyurlar. Rahat enmək üçün isə dovşanlar tərəfindən biçilmiş torpaqları seçirlər.

Qırmızı krujevalı kəpənəyin yumurtası (Cethosia biblis)

Bu kəpənəyin yumurtasının üzərindəki krujeva naxışı spermin yumurtaya daxil olduğu mikrofilamentin yerini müəyyənləşdirir. Buna bənzər bir naxış qırmızı krujevalı kəpənəyin pulcuqlarla örtülmüş qanadlarında da mövcuddur.

Yumurtadakı naxışlarla kəpənəyin qanadlarındakı naxışların eyni olması bu naxışların təsadüfən yarana bilməyəcəyini sübut edir. Şübhəsiz, bu naxışların yaradıcısı göylərin, yerlərin və bu ikisi arasındakıların Rəbbi olan Allahdır. Allahın bütün canlılar üzərindəki hakimliyi Quranda belə bildirilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Erynnis tages (Dingy Skipper) kəpənəyi

Erynnis tages kəpənəyi yumurtasını Lotus corniculatus adlı bitkinin üzərinə qoyur. Avropa və Asiyanın bəzi bölgələrində yaşayan yetkin kəpənəklərin görünüşü bir çox kəpənək növündən daha sadədir. Amma boz-qəhvəyi rəngdə qanadları üzərindəki qəhvəyi və kiçik ağ xallar uca Allahın sənətindəki incəliyi göstərən ən gözəl nümunələrdən biridir.

Kələm kəpənəyi (Pieris brassicae)

Kələm kəpənəyi sarı rəngli yumurtalarını kələm yarpaqlarının və Brüssel kələminin cücərtilərinin alt hissəsindəki qalaqlara qoyur. Bu yumurtalar sonsuz elmi, sənəti və ağlı ilə qüsursuzca yaradan aləmlərin Rəbbi olan Allahın varlığını açıq-aşkar sübut edir. Bir ayədə Rəbbimizin yaratma sənəti və elmi bu cür xəbər verilir:

"...(Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir...." (Nəml surəsi, 88)

Uzun zebr qanadlı kəpənəyin yumurtası (Heliconius charithonia)

Uzun zebr qanadlı kəpənəyin yumurtasının narıncı rəng tonu düşmənə qarşı bir xəbərdarlıqdır: xəbərdarlığa baxmayaraq, düşmən yumurtanı yeməyə çalışarsa, yumurtanın tərkibindəki sianid və digər zəhərli maddələr sayəsində xəbərdarlığın əbəs yerə olmadığını görəcəkdir. Bu canlılara özlərini qorumaq üçün lazımi sistemləri verən, hər şeyi qoruyan və hər şeyə nəzarət edən Allahdır.

Rəbbimizin hər şeyin hakimi olduğu bir ayədə belə bildirilir:

"Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. (Həcc surəsi, 64)

Tırtıllar dörd mərhələdən sonra kəpənəyə çevrilirlər

Kəpənəklər qanadsız doğulur. Kəpənəyə çevrilmələri üçün dörd mərhələdən keçməlidirlər. 24 saatdan 1-2 aya qədər ömür sürən kəpənəklər yumurtadan kiçik sürfələr şəklində çıxırlar. Sürfələr böyüdükdə kiçik tırtıl olurlar və  kəpənəyin ikinci mərhələsi başlayır. Tırtılda cəmi 14-15 halqa olur. Başında kiçik gözləri, ağzında isə bizim dişlərimiz kimi çeynəməyə və əzməyə yararlı çənəsi vardır. Gövdəsinin ön qismindən qarnına qədər olan bölgədə 8 ayağı var. Kəpənəyin tırtıl olduğu müddətdə qanadları olmur və antenaları çox qısa olur. Tüpürcək vəzləri isə bir növ ipək ifraz edir. Digər canlılar kimi tırtılların böyüdükcə boyu uzanmır. Onlar böyüdükcə öz dərilərinə sığmayacaq dərəcədə kökəlirlər. Nəhayət, tırtıllar yavaş-yavaş dərilərini yırtaraq oradan çıxırlar. Həmin dərilərinin yerinə bədənlərinə uyğun olan yeni dəri çıxır.

Tırtıl həşərat yeyən quşlar üçün çox ləzzətli canlıdır. Tırtılların özlərini qorumaq üçün müxtəlif gizlənmə üsulları var. Bəziləri dimdik ayaqda duraraq budağı təqlid edir, bir qismi öz rənginə bənzər yarpağın üstündə duraraq kamuflyaj olunur, bəziləri isə ölü təqdlidi edir. Bu gizlənmə üsulları tırtılın həyatını davam etdirib bir müddət sonra kəpənəyə çevrilməsi üçün çox önəmlidir.

Tırtıl bu kamuflyaj üsullarından kəpənək olduqdan sonra da istifadə edir. Məsələn, bəzi kəpənəklər özlərinə uyğun rəngdə olan bölgələrdə yaşayırlar. Beləliklə, rahatlıqla gizlənə bilirlər.

Üstün müdafiə sistemi ilə inkişaf edən tırtıl üçüncü mərhələyə girir. Tırtıl bu mərhələyə keçəcəyi müddətdə həddindən artıq yarpaq yeyir və sonda özünü bir torbanın içinə həbs edir və burada dəyişməyə başlayır.

Bu mərhələdə canlının ətrafında əmələ gələn bərk qabıq “pup” adlanır. Qabığın içində ikən canlı hərəkətsiz olur və qidalanmır. Yalnız tırtıl olduğu müddətdə yediyi yarpaqlardan aldığı enerjidən istifadə edir. Təxminən 10 gündən sonra kəpənək bir neçə dəqiqə ərzində pupu yırtaraq qabıqdan çıxır.

Pupdan çıxan kəpənəyin qanadları hələ normal ölçüdə olmur. Dördüncü mərhələdə qanadlarını gərmək üçün qanadlarının üzərindəki damarları bədən mayesi ilə şişirdir. Qanadlarını qurutduğu an isə heç bir canlı tərəfindən öyrədilmədən dərhal uçmağa başlayır.

Allahın qoruyan, bağışlayan, mərhəmət edən isimlərini hər yerdə və hər şeydə görürük. Allah yaratdığı hər canlıya onları təhlükədən qoruyacaq xüsusiyyətlər vermişdir. Kəpənəyin özünü və yumurtasını qorumaq üçün düşünəcək ağılı yoxdur. Bu asanlığı ona verən göyləri, yeri və bunların arasındakı hər şeyi yaradan Rəbbimizdir. Bəzi insanlar bu canlıları görsə də Allahı düşünüb zikr etmir və canlılar sanki təsadüfən yaranmış kimi davranaraq nankorluq edirlər (Allahı tənzih edirik). Möminlər isə Allahın yaratdığı canlılarda özləri üçün ibrətlər olduğunu bilirlər. Allah bunu bir ayədə belə bildirir:

“Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır..." (Nəhl surəsi, 66)