Kəpənəyə çevrilən tırtıllar

Kəpənəyə çevrilən tırtıllar

Kəpənəklər qanadsız doğulur. Kəpənəyə çevrilmələri üçün dörd mərhələdən keçməlidirlər. 24 saatdan 1-2 aya qədər ömür sürən kəpənəklər yumurtadan kiçik sürfələr şəklində çıxırlar. Sürfələr böyüdükdə kiçik tırtıl olurlar və  kəpənəyin ikinci mərhələsi başlayır. Tırtılda cəmi 14-15 halqa olur. Başında kiçik gözləri, ağzında isə bizim dişlərimiz kimi çeynəməyə və əzməyə yararlı çənəsi vardır. Gövdəsinin ön qismindən qarnına qədər olan bölgədə 8 ayağı var. Kəpənəyin tırtıl olduğu müddətdə qanadları olmur və antenaları çox qısa olur. Tüpürcək vəzləri isə bir növ ipək ifraz edir. Digər canlılar kimi tırtılların böyüdükcə boyu uzanmır. Onlar böyüdükcə öz dərilərinə sığmayacaq dərəcədə kökəlirlər. Nəhayət, tırtıllar yavaş-yavaş dərilərini yırtaraq oradan çıxırlar. Həmin dərilərinin yerinə bədənlərinə uyğun olan yeni dəri çıxır.

Tırtıl həşərat yeyən quşlar üçün çox ləzzətli canlıdır. Tırtılların özlərini qorumaq üçün müxtəlif gizlənmə üsulları var. Bəziləri dimdik ayaqda duraraq budağı təqlid edir, bir qismi öz rənginə bənzər yarpağın üstündə duraraq kamuflyaj olunur, bəziləri isə ölü təqdlidi edir. Bu gizlənmə üsulları tırtılın həyatını davam etdirib bir müddət sonra kəpənəyə çevrilməsi üçün çox önəmlidir.

Tırtıl bu kamuflyaj üsullarından kəpənək olduqdan sonra da istifadə edir. Məsələn, bəzi kəpənəklər özlərinə uyğun rəngdə olan bölgələrdə yaşayırlar. Beləliklə, rahatlıqla gizlənə bilirlər.

Üstün müdafiə sistemi ilə inkişaf edən tırtıl üçüncü mərhələyə girir. Tırtıl bu mərhələyə keçəcəyi müddətdə həddindən artıq yarpaq yeyir və sonda özünü bir torbanın içinə həbs edir və burada dəyişməyə başlayır.

Bu mərhələdə canlının ətrafında əmələ gələn bərk qabıq “pup” adlanır. Qabığın içində ikən canlı hərəkətsiz olur və qidalanmır. Yalnız tırtıl olduğu müddətdə yediyi yarpaqlardan aldığı enerjidən istifadə edir. Təxminən 10 gündən sonra kəpənək bir neçə dəqiqə ərzində pupu yırtaraq qabıqdan çıxır.

Pupdan çıxan kəpənəyin qanadları hələ normal ölçüdə olmur. Dördüncü mərhələdə qanadlarını gərmək üçün qanadlarının üzərindəki damarları bədən mayesi ilə şişirdir. Qanadlarını qurutduğu an isə heç bir canlı tərəfindən öyrədilmədən dərhal uçmağa başlayır.

Allahın qoruyan, bağışlayan, mərhəmət edən isimlərini hər yerdə və hər şeydə görürük. Allah yaratdığı hər canlıya onları təhlükədən qoruyacaq xüsusiyyətlər vermişdir. Kəpənəyin özünü və yumurtasını qorumaq üçün düşünəcək ağılı yoxdur. Bu asanlığı ona verən göyləri, yeri və bunların arasındakı hər şeyi yaradan Rəbbimizdir. Bəzi insanlar bu canlıları görsə də Allahı düşünüb zikr etmir və canlılar sanki təsadüfən yaranmış kimi davranaraq nankorluq edirlər (Allahı tənzih edirik). Möminlər isə Allahın yaratdığı canlılarda özləri üçün ibrətlər olduğunu bilirlər. Allah bunu bir ayədə belə bildirir:

“Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır..." (Nəhl surəsi, 66)