Təkamül düşüncəsi qədim Yunanıstandan gələn bütpərəst inancdır

Təkamül düşüncəsi qədim Yunanıstandan gələn bütpərəst inancdır

Təkamül nəzəriyyəsi elmi həqiqət deyil, bütpərəst inancdır. Eramızdan əvvəl Misir, Babil və Şumer kimi yaşamış xalqların batil dinlərində rast gəlinən təkamül fikri sonradan qədim yunan cəmiyyətindəki filosoflara keçmişdir. Bütpərəst şumerlərin yazılarında yaradılışı inkar edən və canlıların pilləli şəkildə əmələ gəldiyini iddia edən fikirlərə rast gəlmək mümkündür. Şumerlərə görə, canlı aləm cansız su xaosundan özbaşına əmələ gəlmişdir.

Misirlilər də batil dinlərinə əsaslanaraq “ilan, qurbağa, soxulcan və sıçanların daşan Nil çayının palçığından əmələ gəldiyinə” inanırdılar. Şumerlər kimi misirlilər də bir Yaradıcının varlığını inkar edir və “canlıların təsadüfən palçıqdan” əmələ gəldiyini düşünürdülər.

Miletli yunan filosoflarından Empedokl, Anaksimander və Falesin ən əsas iddiaları da ilk canlının hava, od və su kimi cansız maddələrdən öz-özünə əmələ gəlməsi idi. Bu batil inanca əsasən ilk canlılar suda qəfildən əmələ gəlmiş, daha sonra bu canlılardan bəziləri suyu tərk etmiş və quruya uyğunlaşaraq orada yaşamağa başlamışdılar. Miletli filosof Fales də bütün həyatın mənşəyinin “su” olduğuna inanırdı. Sudan yola çıxaraq bitkilərin və heyvanların, sonda isə insanın əmələ gəldiyini söyləyirdi.2 Anaksimender “insan balıqdan çıxmışdır”, – deyir və digər filosoflar kimi heyvanların sudan çıxdığını bildirirdi.3 Xüsusilə də Anaksimenderin “Təbiət” adlı klassik şeiri təkamül nəzəriyyəsinin izah edildiyi ilk yazılı əsərdir. O, bu şeirində heyvanların günəş işığı ilə buxarlaşan palçıqdan əmələ gəldiyini yazmışdı. Anaksimenderə görə, ilk canlılar tikanlı, pullu qabıqlı idilər və dənizdə yaşayırdılar. Guya bu balığa bənzəyən məxluqlar daha sonra dəyişiklik keçirmiş, quruya keçərək pulcuqlarını tökmüş və insana çevrilmişdilər.4 (Ətraflı məlumat üçün baxın: “Darwinizm dini”, Harun Yahya) Anaksimenderin bu məntiqsiz fərziyyəsi hazırkı təkamül nəzəriyyəsinin əsasını təşkil etdiyini düşünə bilərik. Çünki Darvinin təkamül nəzəriyyəsi ilə Anaksimenderin fikirləri bir-birinə çox bənzəyir.

Empedokl isə özündən əvvəlki yanlış fikirləri birləşdirib su, od, hava və torpağı əsas elementlər olaraq mənimsəmişdi. Bu elementlərin bir yerə gələrək orqanizmi əmələ gətirdiyini düşünürdü. İnsanın bitkidən əmələ gəldiyinə və bu prosesin təsadüfən baş verdiyinə inanırdı.5 Beləcə təkamül nəzəriyyəsinin əsasını təşkil edən “təsadüf” anlayışı da dilə gətirildi.

Eyni dövrdə yaşamış Heraklit də başqa bir fikir irəli sürərək “kainatın müntəzəm şəkildə dəyişdiyini, buna görə də kainatın əvvəlindəki əfsanəvi prosesləri mühakimə etməyin mənasız olduğunu” və onun başlanğıcı və sonu olmadığını, yalnızca var olduğunu6 bildirmişdir. Qısası, təkamül nəzəriyyəsinin əsasını təşkil edən materialist inanc qədim Yunanıstanda da eynilə vardı.

Öz-özünə əmələ gəlmə yalanı başda Aristotel (Ərəstun) olmaqla bir çox yunan filosofları tərəfindən dəstəklənirdi. Bu batil inanca görə, heyvanlar, xüsusilə də bəzi qurdlar, böcəklər və bitkilər döllənmə və ya oxşar çoxalma formasına ehtiyac duymadan təbiətdə öz-özünə əmələ gəlirdilər. Tədqiqatlarını Aristotelin təbiət elmləri ilə bağlı fikirlərinə əsaslandıran Marqut belə demişdir:

“Aristotel başqa açıqlama verə bilmədiyi hadisələrin izahı üçün ‘spontan’ əmələ gəlməni(cansız maddələrin bir yerə gələrək qəfildən canlı varlıq əmələ gətirmələri) qəbul etdiyi ölçüdə yer üzündə həyatın mənşəyi ilə məşğul olmuşdur”. 7

Diqqətlə baxsaq, görərik ki, keçmiş dövrlərdəki təkamülçü elm xadimləri ilə müasir təkamülçülərin fikirləri arasında çox böyük oxşarlıq var. Kainatın başlanğıc və sonunun olmadığını bildirən materialist düşüncənin və canlıların təsadüfən əmələ gəldiyini iddia edən təkamül fikrinin mənşəyini bütpərəst şumer mədəniyyətində və ya materialist yunan mütəfəkkirlərində tapmaq mümkündür. Canlı aləmin sudan və ibtidai palçıq adlanan qarışıqdan təsadüfən əmələ gəldiyi, hətta canlıların yaranmasında yeganə təsirin təsadüflər olduğu yalanı bu iki inancın əsasını təşkil edir.

Bəzi müsəlmanların da dəstək olduqları təkamül nəzəriyyəsinin mənşəyi bu qədər qədim dövrə gedib çıxan batil anlayışdır. Materialist düşüncə ilə ortaya atılmışdır və bütpərəst inancları özündə ehtiva edir.

Əslində, təkamül yalnızca şumerlərdə və ya yunan mütəfəkkirlərində rast gəlinən batil inanc deyil. Məlumdur ki, mənbəyi qədim Yunanıstan olmaqla yanaşı, hazırki konfutsiçilik, taoizm kimi bütün batil dinlərin əsasını təkamül inancı təşkil edir. Bu da onu sübut edir ki, təkamül nəzəriyyəsi İslam inancına tamamilə zidd və batil anlayışdır.

Tarixi faktlara baxmayaraq, təkamülü müdafiə edən və “yaradılışçı təkamül nəzəriyyəsi”nin Quran ayələri ilə dəstəkləndiyini iddia edən təkamülçü müsəlmanlar bu fikrin mənbəyini də İslam dünyasına bağlamaq istəyirlər. Bu iddiaya əsasən, ilk təkamül fikri müsəlman mütəfəkkirlərdən çıxmış və onların əsərlərinin xarici dillərə tərcümə edilməsi qərb ölkələrində təkamül düşüncəsini əmələ gətirmişdir.

Halbuki yunan mütəfəkkirlərinin təkamülə aid fikirlərindən verilən bir neçə nümunə belə təkamül nəzəriyyəsinin qədim bütpərəst cəmiyyətlərdən gələn ibtidai inanc olduğunu açıqca göstərir.

Həm elmi, həm də tarixi faktlara əsaslanan həqiqətlər bu qədər aşkar ikən, materializm üzərində qurulmuş təkamül fərziyyəsini müsəlmanlara aid etməyə çalışmaq çox böyük xətadır.