Quranda bildirilən saçların sürətlə ağarması halı elmi cəhətdən sübut edildi

Quranda bildirilən saçların sürətlə ağarması halı elmi cəhətdən sübut edildi

Dövrümüzün xəstəlikləri adlandırılan “stress və depressiya” insana sadəcə psixoloji zərər vermir, eyni zamanda insan bədənində müxtəlif fiziki təsirlərlə də özünü göstərir. Stress və depressiya ilə bağlı narahatlıqların başında bəzi ruhi xəstəliklər, narkotika aludəçiliyi, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, soyuqdəymə, miqren, sümük, böyrək xəstəlikləri, nəfəs çatışmazlığı, allergiya, infarkt, beyində böyümə kimi problemlər durur. Təbii ki, bütün bu xəstəliklərin səbəbi hər zaman stress və ya depressiya deyil. Lakin elmi cəhətdən də sübut edilib ki, bunların yaranma səbəbi çox vaxt psixoloji vəziyyətlə əlaqəlidir.

Məlumdur ki, “stress” qorxu, inamsızlıq, bədbəxtlik, həddindən artıq həyəcan, narahatlıq, təzyiq kimi duyğuların bədəndəki tarazlığın pozulması nəticəsində ortaya çıxan ümumi gərgin vəziyyətidir. İnsanlar stressə girdikləri zaman bədənləri buna reaksiya göstərir və həyəcan siqnalı verir. Xüsusilə, xroniki stress bədən funksiyalarını dəyişdirdiyinə görə çox böyük zərərlərə səbəb olur. Stressin insanlar üzərindəki mənfi təsirinə dair digər nümunə də saçların qəfil ağarmasıdır. Uca Rəbbimiz bu vəziyyəti Quran ayəsində belə bildirir:

“Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?” (Muzəmmil surəsi, 17)

Uca Rəbbimiz bu ayə ilə qiyamət zamanı qorxu və gərginliyin uşaqların saçlarını belə ağardacağını bildirərək stressin saç üzərindəki təsirinə diqqət çəkir. Rəbbimizin bildirdiyi bu həqiqət indiki dövrdə elmi cəhətdən də isbat edildi. Əvvəlcə, saçlarımızın necə ağardığını araşdıraq.

Saçlarımız necə ağarır?

Saça rəngini verən iki cür melanin piqmenti var: bunlar saça tünd rəngini verən “melanin” ilə kürən və sarışın rənglərin çalarlarını verən “feomelanin” adındakı iki piqmentdir. İnsanın yaşı artdıqca saç folikullarındakı hüceyrələr artıq bu piqmentləri istehsal etmir. Bu səbəbdən saç rəngsiz olur, yəni ağarır. Tünd rəngli saçlarda saçın bir hissəsi əvvəlki rəngində qalır, bir hissəsi də ağarır, beləliklə, bu saçlar boz rəngdə görünür. Elmi araşdırmalar nəticəsində saçın ağarma prosesi hələ tam öyrənilməyib. Saç ustalarının saçın rəngini açmaq üçün istifadə etdikləri hidrogen peroksid saçın təbii olaraq ağarması zamanı da fəaliyyətə keçdiyi müəyyən edilib. Melanin istehsal edən hüceyrələr eyni zamanda hidrogen peroksid də istehsal edir, bu “katalaz” adlı ferment tərəfindən parçalanır. Lakin yaş artdıqca bu fermentin miqdarı azalır və hidrogen peroksidin artması melaninin istehsalına mane olur. Bu, saçın təbii yolla ağarması prosesidir. Bəs saçın rənginin qısa müddətdə dəyişdirməsinə səbəb olan fizioloji proses necə baş verir?

Stressin saçı necə ağartdığı elmi cəhətdən sübut edildi

Bəzən qəfil qorxu və şok yaradan vəziyyətlər, bəzən də xroniki stress saçların qısa zaman ərzində ağarmasına səbəb olur. Tibdə “canities subita” adlanan bu sürətli saç ağarma prosesi, əslində, saçın rəngli hissəsinin tökülüb rəngi dəyişən ağ saçların qalması halıdır. Bu hadisə belə baş verir: Tibdə “alopecia areata”, xalq arasında saçqıran adlanan xəstəlik zamanı saç tökülməsi və qismən keçəllik əmələ gəlir. Bu xəstəliyə bədənin immun sistemində baş verən hadisələr səbəb olur və bədən özünə qarşı hərəkətə keçir. Stress bu vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

Bu sahədə araşdırma aparan elm adamları immun sistemini tük köklərinə qarşı hərəkətə keçirən səbəbin piqment istehsal ilə əlaqəli olduğunu düşünürlər. Bu səbəbdən piqment yaratmayan ağ saç folikulları immun sisteminin bu hücumundan təsirlənmir, piqment əmələ gətirən rəngli saçlar isə saçqıran xəstəliyinin təsiri ilə tökülür. Geriyə ağ saçlar qalır, bu yolla saçlar bir il və ya daha qısa müddətdə ağarır.

Ani qorxu və şok yaşayan insanlarda saç bəzən bir gün və ya bir neçə gün ərzində ağara bilir. Saçın bu şəkildə ağarmasının səbəbi isə kimya sahəsində Nobel mükafatı alan Robert Lefkovitsin (Robert Lefkowitz) rəhbərliyibdəki qrupun keçən il apardığı araşdırma ilə öyrənilmişdi. Siçanlar üzərində aparılan araşdırmada xroniki stresin DNT-də ziyana səbəb olan mexanizm yaratdığı və bunun saç ağarmasına gətirib çıxardığını müəyyən etmişlər. Stress nə qədər ağırdırsa, DNT-dəki zərər də o dərəcə ağır olur və insanların saçı buna müvafiq olaraq ağarır.

Saçların ağarması kimi bir çox fiziki və ruhi sıxıntılara səbəb olan stress Allahın Quranda dindən uzaq yaşayan insanlarla bağlı bildirdiyi vəziyyətdir: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq…” (Ta ha surəsi, 124) ayəsi ilə Rəbbimiz təvəkkülsüz qullarının çətin və stresli həyat yaşayacaqlarına diqqət çəkir. Başqa ayədə isə “...yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur...” (Tövbə surəsi, 118) şəklində buyurulur.

Bu sıxıntılı və stresli həyat iman gətirməyənlərin gözəl əxlaqdan uzaq yaşamalarının nəticəsidir. Bu gün həkimlər stressin təsirlərindən qorunmaq üçün dinc və sakit ruha, dinc, hüzurlü və narahatlıqlardan uzaq psixologiyaya sahib olmağın vacibliyini ifadə edirlər. Dinc və rahat psixologiya ancaq Quran əxlaqını gündəlik həyata keçirmək, qədərə təslim olmaq və Uca Allaha təvəkkül etməklə mümkündür. Belə ki, Allah Quranda bir çox ayədə iman gətirənlərin qəlbinə “güvən və rahatlıq” verdiyini bildirir. Rəbbimizin iman gətirən qullarına vədi isə bir ayədə belə xəbər verilir:

“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Nəh surəsi, 97)