Kolibri ilə çiçəkli bitkilər arasındakı dostluq 47 milyon il əvvələ dayanır!

Kolibri ilə çiçəkli bitkilər arasındakı dostluq 47 milyon il əvvələ dayanır!

“Sciencedaily” internet saytındakı xəbərə əsasən, 47 milyon il əvvələ söykənən dostluğun hekayəsinin şahidi olduq. Dünyanı xaosun hakim olduğu mübarizə arenası kimi təqdim edən təkamülçülərə dərs olan xəbərdə:

 Quş fosilləri ilə zəngin olan Almaniyanın Messel bölgəsində bitkiləri tozlandıran ən qədim kolibri fosili tapıldığı deyildi. Quş fosilinin mədəsində müxtəlif bitkilərdən toplanan tozcuqlar aşkarlanıb. Bu da quşların 47 milyon il əvvəl də çiçəklərlə əlaqəli olduğunu göstərir.

 Bu quşlar çiçəkdən çiçəyə uçur, uzun və nazik dimdikləri ilə bitkinin çoxalması üçün lazım olan tozcuğu daşıyırlar. Xüsusilə tropik və subtropik iqlimlərdə həşəratlarla yanaşı, quşlar da tozlanma məsələsində xüsusi xidmət göstərirlər.

Frankfurtd Senkenberq Araşdırmalar İnstitutunun Ornitologiya bölmə müdrü doktor Cerald Mayr, "Bu uyğunlaşma dövrümüzdə yaxşı tanınır, lakin geoloji dövr ərzində quşların tozlanma xüsusiyyəti ilə bağlı çox az dəlilimiz var idi. Bitki nektarları ilə qidalanan quşların keçmişdə yaşadıqlarını bilirdik, amma kifayət qədər sübutumuz yox idi" - deyə bildirib.

Həşəratların tozcuq yaydıqlarına dair fosil izləri təbaşir dövrünə aiddir. İndiyə qədər onurğalılardan olan quşların hansı dövrdən bəri tozcuq daşıdıqları haqqında məlumat yox idi. Ən qədim tozlanma edən quş fosili bundan 30 milyon il əvvəl, oliqosen dövrünə aid olub. Messel bölgəsindən tapılan kolibri fosilinin mükəmməl qorunması sayəsində quşun iki fərqli bitki nektarları ilə qidalandığı aşkar olunub.

 Bu quş fosilinin mədəsində müxtəlif ölçülərdə tozcuq dənəcikləri olub. Vildenin açıqlamalarına görə "Quşun skelet anatomiyası ilə müqayisədə fosil tapıntıları onun nektarla qidalanan bir quş olduğunu göstərir" deyə bildirib. "Bu günə qədər çiçəklərin quşlar vasitəsilə tozcuq yaydıqlarına dair bitki qalıqları tapılmayıb".

Gördüyümüz kimi günümüzdək ilə eyni bədən quruluşuna malik 47 milyon il yaşlı "kolibri" fosilində aparılan tədqiqatlar qidalanma formalarının da indiki kimi bitki nektarları ilə olduğunu göstərir. Eyni zamanda quşun qidalandığı bitkinin və onun istehsal etdiyi nektarın eyni cür qalması quşlar və bitkilər aləmində fiziki və kimyəvi mənada dəyişikliyin olmadığını açıq şəkildə sübut edir.

Dünyada təkamülçülərin iddia etdiyi kimi xaos və mübarizə deyil, mükəmməl nizam, sevgi, şəfqət və ahəng hakimdir!

 Həm dostluqların əbədi qaması, həm də fiziki xüsusiyyətlərin təkamülçülərin iddia etdiyi kimi dəyişmədiyini elm bizlərə aşkar şəkildə göstərir.

 Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima (Allaha) üz tutardı. (Sad surəsi, 19)