Sincabların həssas duyğuları

Sincabların həssas duyğuları

Sincablar qışda yeməklərini daha əvvəldən yığan canlılardandır. Qış üçün yemək tədarük edən sincablar müxtəlif yerlərə basdırdıqları fındıqlarını mükəmməl qoxu duyğuları vasitəsilə tapırlar. Belə ki, 30 sm-lik qarın altına gizlətdikləri fındıqların qoxusunu belə ala bilirlər. Bir çox canlıda olduğu kimi, sincabların da öz aralarında istifadə etdikləri xəbərləşmə üsulları var. Məsələn, qırmızı sincablar düşmən gördükdə quyruqlarını yelləyir və həyəcanlı səslər çıxarırlar. Bundan başqa yüksək budaqlarda qaçaraq hərəkət edə bilən sincablar quyruqlarını tarazlıqlarını təmin etmək üçün də istifadə edirlər. İstiqamətlərini də quyruqlarını çevirərək dəyişdirirlər. Sincabların quyruqları bir gəminin sükanı ilə eyni əməliyyatı həyata keçirir. Bığları isə tarazlıqlarını təmin etmədə əhəmiyyətli ünsürdür. Bığları kəsilən sincablar tarazlıqlarını qoruya bilmirlər. Eyni zamanda bığlarını gecələri gəzərkən ətrafdakı obyektləri hiss etmək üçün də istifadə edirlər. (RangerRick, October 1993, s. 6-12)