Darvinistlərin insanın əcdadı olduğunu iddia etdiyi ZİNCANTROP (Zinjanthropus boisei) fosili saxta çıxdı

Darvinistlərin insanın əcdadı olduğunu iddia etdiyi ZİNCANTROP (Zinjanthropus boisei) fosili saxta çıxdı

Yuxarıda Şərqi Afrikadan tapılmış “zincantrop” kəllə qutusu görünür. Maraqlıdır ki, paleoartistlər və ya “təkamülçü sənətkarlar” həmin bu kəllə qutusuna bir-birinə heç bənzəməyən 3 ayrı üz yaraşdırmışdırlar. Bu, rekonstruksiya işlərinin yanlız və yalnız xəyal məhsulu olduğunu sübut edən əhəmiyyətli faktdır.

1959-cu ildə məşhur “fosil ovçuları ailəsi”ndən Meri Liki iri dişlərə sahib qaba kəllə qutusu fosili tapdı. Luis Liki bunun insanın əcdadı olduğuna qərar verdi və fosili Zinjanthropus boisei adlandırdı. Hal-hazırda isə bu fosil Australopithecus boiseivə ya Paranthropus boisei adlandırılır. İri qorillalarınkıyla eyni ölçüdə dişlərə və güclü çənə əzələlərinə işarə edən sümüklərə sahib idi, bu səbəbdən, “Qozsındıran Adam” (Nutcracker Man) adına layiq görülən bu canlının bir çox digər paleontoloq tərəfindən heç insana bənzəmədiyi ifadə edildi42. Likilərin kəşfini təkamül yönümlü populyarlaşdıran və sponsorlaşdıran isə təkamül təbliğatına xüsusi önəm verən “National Geographic” jurnalı idi43. O zamanlar dərhal dərsliklərə salınan və “insanın əcdadı” kimi qəbul etdirilən “Zincantrop” daha sonra təkamülçülər tərəfindən tərk edildi. Luis Liki bu fosilin insanın “birbaşa əcdadı olmadığı”nı bildirdi44. Digər tərəfdən, rəssamların təxəyyül məhsulu olan rekonstruksiyaların da heç bir elmi mahiyyət daşımadığı ortaya çıxdı. Belə ki, Zincantropa aid eyni kəllə sümüyü üçün çəkilmiş bir-birindən tamamilə fərqli 3 şəkil fosillərin təkamülçülər tərəfindən necə xəyali formada şərh edildiyinin göstəricisidir. Sonrakı illərdə aparılan tədqiqatlar isə Likinin “Zincantrop” adını verdiyi fosilin (Likinin özünün də etiraf etdiyi kimi) sadəcə bir Avstralopitek növü olduğunu üzə çıxardı45. Fosilin latınca adı da Australopithecus boisei olaraq dəyişdirildi. Avstralopitek adlı meymun cinsinin isə insanın mənşəyilə heç bir əlaqəsi olmadığı haqda 7-ci iddiadan maraqlana bilərsiniz.

 BACARIQLI “İNSAN” (Homo habilis)

İnsanın uydurma təkamül ağacında avstralopitekdən sonra gəldiyi deyilən bu fosil də bütün xüsusiyyətlərilə bir meymun növü olmuşdur. Bernard Vud, L. Breys və Riçard Liki kimi bir çox mütəxəssis bu canlının “bacarıqlı insan” deyil, “bacarıqlı (alətdən istifadə edə bilən) meymun” olduğunu söyləyiblər46. Eynilə avstralopitek kimi, bu fosilin də uzun qollar, qısa ayaqlar, dırmaşmağa uyğun falanqaları və meymunabənzər skeleti onun sadəcə olaraq, nəsli kəsilmiş bir meymun növü olduğunu göstərirdi47. 630 sm3-lik beyin həcmi də bunu təsdiqləyirdi48. Bundan əlavə, Fred Spur, B. Vud və Frans Zonveld adlı üç anatomun insan və meymunların daxili qulaqlarında apardıqları müqayisəli təhlilləri də bacarıqlı “insan”ı meymun kateqoriyasına daxil etdi49. Ətraflı məlumat üçün bura klikləyin.

DÜZYERİŞLİ İNSAN (Homo erectus)

Təkamülçülərin bacarıqlı “insan”dan müasir insana keçid forma kimi qəbul etdikləri düzyerişli insan fosilləri avstralopitek və Homo habilisdə müşahidə edilməyən dik yerimə qabiliyyəti göstərməkdədir50. Araşdırmalar düzyerişli insanla müasir insan arasında heç bir fərq olmadığını ortaya qoymuşdur51. Təkamülçülərin düzyerişli insanı “ibtidai” saymalarının səbəbi isə beyin həcminin (900-1100 sm3) müasir insanınkına nisbətən daha kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da bəzi insan irqlərinin (məs., piqmeylər) beyin həcmi bu ölçüyə uyğun gəlir və başqa bir müasir irq olan aborigenlərdə də qaş çıxıntıları mövcuddur52. Bütün bunlar düzyerişli insan adlanan bu fosil qalıqlarının, sadəcə olaraq, tarixən yaşamış bir insan irqi olduğunu göstərmişdir53. Həmçinin düzyerişli insanların 1,8-1,6 milyon il əvvəl yaşamış olmaları da ciddi bir məntiq xətasına yol açır, çünki onlar öz “əcdad”ları sayılan bacarıqlı “insan”larla eyni dövrdə yaşamış olurlar. Bacarıqlı “insan”lar bundan 1,9-1,7 milyon il əvvəl yaşamışdırlar. Daha əhatəli məlumat üçün bu linkə müraciət edə bilərsiz.

SİNANTROP (Sinanthropus pekinensis)

1921-ci ildə Dr. Devidson Blek Çinin paytaxtı Pekinə bağlı Çjoukoudyan arxeoloji  sahəsindəki çuxurların birində iki azı dişi tapdı. Blek bu azı dişlərini Sinanthropus pekinensis adlandırdı və hominid (insanabənzər) olduğunu irəli sürdü. Dr. Ven-Çjun Pey isə 1927-ci ildə 3-cü azı dişini, 1928-də də bəzi kəllə qutusu hissələri və iki ədəd çənə sümüyü tapdı. Blek bunların da Sinantropa aid olduğunu irəli sürərək kəllə qutusu həcminin 900 sm3 olduğunu elan etdi. Yaşının da 500.000 il olduğu güman edildi. 1936-da amerikalı Prof. Franz Veydenreyx  və Pey tərəfindən eyni yerdə üç kəllə qutusu daha tapıldı. Bu kəllə qutularının da Sinantropa aid olduğunu və beyin həcminin 1200 sm3 olaraq dəyişdirildiyini bəyan etdilər. Dəlil olaraq tapılmış bütün materiallar isə iki azı dişi xaric olmaqla 1941-45-ci illər arasında itmişdir. Hal-hazırda əldə sadəcə Veydenreyxin hazırladığı gipsdən modellər mövcuddur.54 O dövrlərdə Pekində vəzifədə olan və özü də təkamülçü olan Okonnell isə bu “itkin” fosillərin itkin olmadıqlarını, əslində, ovlanmış oranqutanq meymununa aid olduğu üçün təkamülçülərin özləri tərəfindən yoxa çıxarıldığını bildirir.55 İstənilən halda, hal-hazırda sadəcə və sadəcə gipsdən materiallar mövcuddur ki, bunların həqiqi fosillərimi, yoxsa təkamülçü Veydenreyxin xəyallarınımı əks etdirdiyi sualı şübhə altındadır. Digər tərəfdən, gips qəlibləri araşdıran məşhur alim Anri V. Vallua (Henri Vallois) Sinantropu ən incə təfərrüatına qədər araşdırmış və kəllə qutularının “oranqutanq və şimpanzeyə” bənzədiyi qənaətinə gəlmişdir.56 Paleontoloq Marsellin Bul da “Sinanthropus pekinensis-in dişlərinin və alt çənənin bütün xüsusiyyətləri iri quruluşlu meymunlarınkına bənzəyir” deyirdi.57

 YAVA ADAMI (PİTEKANTROP) (Pithecanthropus erectus)

Qatı təkamülçü olması ilə tanınan anatom Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı58. Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıqda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı.59 Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin ara-keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun-adam”… Xalq arasında Yava Adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.60Halbuki, iyirmi ildən uzun müddət ərzində Yava Adamını araşdıran Marvin L. Lubenov “Mübahisəli Sümüklər” (“Bones of Contention”) adlı kitabında Dübuanın Yava Adamını insanın təkamülü sxeminə uydurmaq üçün geoloji dövrlərlə oynadığını və buna görə də, məsələnin elmi mahiyyətini itirdiyini bildirir.61 Kembric Universitetindən məşhur anatom Ser Artur Keyt isə bu həcmə malik kəllə qutusunun meymuna aid ola bilməyəcəyini qəti olaraq bildirir, meymunlara xas güclü çeynəməni təmin edən xüsusiyyətlərin bu kəllə qutusu qapağında yer almadığını ortaya qoyurdu. Keyt bu kəllə qutusunun qəti şəkildə bir insana məxsus olduğunu deyirdi. Dübuanın meymun-adam məntiqsizliyini yıxan başqa bir kəşf isə özü antropoloq olan Dr. Uolkhoffdan gəldi. Uolkhoff Solo çayının qurumuş bir bölgəsində və Dübuanın Yava Adamını tapdığı yerə iki mil qədər yaxınlıqda bir insan azı dişinin üst qismini tapdı. Fosilləşmiş bu azı dişi insana aid idi və Yava Adamının yaşadığı iddia edilən dönəmdən də qədim dövrə aid idi. Uolkhoffun rəhbərliyi ilə tədqiqat aparan Prof. Selenka və Dr. Maks Blenkenhorn kimi alimlər də bugünkü insanla Yava Adamının eyni dövrdə yaşadığı, dolayısıyla, Yava Adamı ilə insanın təkamülü arasında heç bir əlaqənin olmaması nəticəsinə gəlirdi. Yava Adamıyla əlaqədar irəli sürüləcək tək şey kəllə qutusu həcmi ola bilər ki, müasir dövrdə də Yava adasına heç də uzaq olmayan Avstraliyada yerliləri kimi insan irqləri eyni beyin həcminə malikdirlər.


Mənbələr:

Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004

Leakey, L.S.B., Finding the world’s earliest man, National Geographic 118(3):420–435, September 1960

Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004

Cela-Conde, Camilo; Francisco Ayala (2007). Human Evolution: Trails from the Past. Oxford: Oxford University Press, p. 158

Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for

multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128

Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for

multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128

Wood, B. and Richmond, B.G., Human evolution: taxonomy and paleobiology, J. Anatomy 196:39, 2000

Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine

Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 Haziran 1994, səh. 645-648

Boyce Rensberger, The Washington Post, November 19, 1984

Boyce Rensberger, The Washington Post, November 19, 1984

Richard Leakey, The Making of Mankind, Sphere Books, London, 1981, səh. 62

Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992. səh. 136

Lubenow, M.,1992. Bones of Contention, Baker Book House, Grand Rapids, Michigan, p. 135

Gish, D. T., Evolution: The Fossils Say “No”, Creation-Life Publishers, San Diego, 1979

M. Boule and H. M. Wollais, Fossil Men, The Dreyden Press, New York, 1957, pp. 118-123

M. Boule, L’anthropologie, 1937, s. 21

http://en.wikipedia.org/wiki/Homo_erectus

Lubenow, M.,1992. Bones of Contention, Baker Book House, Grand Rapids, Michigan, p. 86

Creation 13(3):22–23, June 1991

Marvin L. Lubenov, “Bones of Contention”, 5. nəşr, Baker Books, Michigan, 1995, səh. 88