Darvinistlərin daha bir yalanı üzə çıxdı ARDİ (Ardipithecus ramidus) fosili

 Darvinistlərin daha bir yalanı üzə çıxdı ARDİ (Ardipithecus ramidus) fosili

Solda Ardiyə aid fosil qalıqlarını görürsünüz. Bu qalıqlara əsaslanaraq sağdakı kimi bir təsvir əldə etmək qətiyyən mümkün deyildir. Darvinistlər əslində şimpanze fosilinə aid qalıqları təhrif edərək saxta rəssamlıq nümunəsi ortaya çıxarmışlardır.

1994-cü ildə tapılmış olan24 Ardi fosili 15 ildən sonra böyük bir kəşf kimi gündəmə gətirildi25. Darvinistlər 4.4 milyon il yaşı olan Ardini “ayaqüstə rahat gəzdiyi”ni göstərən şəkillərlə təbliğ etdilər26. Sonradan isə bu fosilin sadəcə bir bonoboya (cırtdan şimpanze) aid olduğu məlum oldu27. İlk tapıldığı zaman çox kiçik hissələrə parçalanmış olan omba sümüyünü isə təkamülçülər öz istədikləri kimi bitişdirib bu canlını “dik yeriyə bilən” vəziyyətə gətirmişlər28. Darvinistlərin Ardi haqqındakı “ailədə vəzifə bölgüsü” iddiaları isə yenə də özünü doğrultmur. Çünki heyvanlar aləmində bir çox növün erkəkləri və dişiləri arasında vəzifə bölgüsü mövcuddur və bu vəziyyət bonobo meymunlarında da eynidir. Digər tərəfdən, Ardinin ara keçid forma olmamasını onun təbliğatından qısa müddət sonra nüfuzlu təkamülçü dairələr də etiraf etmişdir. Bunların başında isə Stouni Bruk Universitetinin Tibb Mərkəzindən anatomik elmlər bölümü şefi Uilyam Yunqers29 və Ardi üzərində incələmələr aparan və Ardinin insanın xəyali təkamülündə itmiş halqa olduğunu irəli sürmüş Kaliforniya Universitetindən məşhur darvinist Tim Uayt30 gəlir. Uayt belə deyir: “Ardipithecus ramidusun (Ardi) avstralopiteklərin əcdadı olduğu çıxarışını kifayət dərəcədə haqlı çıxardacaq heç bir xüsusiyyət göz önündə mövcud deyil”31.

 KENİYANTROP (Kenyanthropus platyops)

Keniyada paleoantropoloq Miv Liki və heyəti tərəfindən 1999-cu ildə tapılmış bu kəllə qutusu fosili yastı üz quruluşuna malik olması səbəbilə “Yastıüzlü Adam” (Flat Faced Man) olaraq adlandırıldı. 3,5 milyon il yaşı olan bu fosil xəyali təkamül sxemlərini alt-üst edirdi, çünki özündən sonra yaşamış Lüsi kimi meymun növləri, təkamülçülərin iddialarına əsasən, keniyantropdan daha “geridə” idi32. Corc Vaşinqton Universitetinin Antropologiya şöbəsindən Daniel E. Liberman bu təzadı belə dilə gətirir: “İndi 3,5 milyon illik başqa bir növün tapılması ilə, görünən odur ki, vəziyyət daha qarışıq hala gələcək… Məsələn, niyə adətdənkənar olaraq kiçik çənə dişinə və önə doğru qövsvarı çənə sümüyü olan böyük yastı üzə eyni anda malikdir? Böyük üzü və oxşar şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var”33. Məşhur TV kanalı BBC isə xəbəri “Yastı üzlü adam bir tapmacadır”, “İnsanı çaşdıran sxem”, “Elmi ziddiyyət” başlıqları ilə vermiş və xəbərdə belə deyilmişdir: “Miv Liki, heyəti və Keniya Milli Muzeyinin kəşfi onsuz da bulanıq olan insanın təkamülü sxemini daha da tutqunlaşdırır”34. London Kolleci Universitetindən məşhur təkamülçü Dr. Fred Spur isə tapılmış fosil üçün “bir çox sualı gündəmə gətirdi” şərhini vermişdir35.

 AVSTRALOPİTEK (Australopithecus)

İnsanın təkamülü nağılında darvinistlərin tez-tez dilə gətirdikləri və 4-1 milyon il əvvəl yaşamış olan bu uydurma “keçid forma”nın, həqiqətdə, nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığı məlum olmuşdur36. Bu canlının eynilə müasir şimpanzelər kimi kiçik beyin həcminə (400-500 sm3), 130 sm-lik boya37, bir-birinə yaxın gözlərə, iti azı dişlərinə, qısa ayaqlar və uzun əllərə sahib olduğu görülmüşdür38. Həmçinin əl və ayaqlarında ağaclara dırmaşmaq üçün çıxıntılar olması da bu fosilin nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığını üzə çıxarmışdır39. Bu canlının dik yerimiş olduğu iddiası isə məşhur anatomlar Zakerman və Oksnardın araşdırmaları ilə təkzib edilmişdir40,41. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Mənbələr:

    Lemonick, MD; Dorfman, D (1 October 2009). “Ardi is a new piece for the evolution puzzle”. Time. Retrieved October 6, 2009

     “Online extras: Ardipithecus ramidus”. Science. Archivedfrom the original on 5 October 2009. Retrieved October 6, 2009

   
http://www.hominides.com/html/ancetres/ancetres-ardipithecus.php

    http://www.netcevap.org/index.php?git=makale&makale_id=148532

    http://www.age-of-the-sage.org/evolution/ardi_fossilized_skeleton.html

    Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009

    Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009

    Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009

    http://www.lewrockwell.com/orig/sardi3.html

   
Daniel E. Lieberman, “Another face in our family tree”, Nature, March 22, 2001

    http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm

    http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm

    Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, May 1999, no. 980, səh. 52-62

    Beck, Roger B.; Linda Black, Larry S. Krieger, Phillip C. Naylor, Dahia Ibo Shabaka, (1999).
World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell.

    Zihlman AL, Cronin JE, Cramer DL, Sarich VM (1978). “Pygmy chimpanzee as a possible prototype for the common ancestor of humans, chimpanzees and gorillas”. Nature 275 (5682): 744–6

   
Stern, J.T. and Susman, R.L., The locomotor anatomy of Australopithecus afarensis, American J. PhysicalAnthropology 60:284,307, 1983

   
Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94

   
Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389