Orqanizmimizdə mayenin miqdarını müəyyən edən böyrəklər

Orqanizmimizdə mayenin miqdarını müəyyən edən böyrəklər

Orqanizmimizdə qüsursuz planlanlaşdırılmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.

Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.

Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar (qəbuledicilər) hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (antidiuretik hormon- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq olan suyu geri qaytarın” əmrini verir. Borucuqlar sidikdən daha çox suyu soraraq qana qarışdırırlar və bu şəkildə orqanizmdə su çatışmazlığı aradan qaldırılır.(Arthur C. Guyton, M.D., Text Book of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, səh.613-614)

Əgər artıq su içmişiksə, bu dəfə də həmin əmr sistemi zənciri çərçivəsində xəbərləşmə baş verir. Ancaq bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, suyu lazımsız yerə geri qaytarmayın” əmri verilir.

Beyinin altında yerləşən hipofiz vəzini təşkil edən hüceyrələrin gördüyü işi yenidən düşünək. Burada yerləşən hüceyrələr özlərindən çox uzaqda yerləşən böyrək hüceyrələrinə xüsusi mesaj göndərir. Böyrək hüceyrələri də gələn əmrə qeyd-şərtsiz itaət edirlər. Daha sonra böyrək hüceyrələri sidiyin içindən su molekullarını bir-bir seçir və bu qarışıq mayenin içindən tər-təmiz su əldə edərək orqanizmə göndərirlər.

Beyin hüceyrələri və böyrək hüceyrələri arasında əlaqənin olması, böyrək hüceyrələrinin sidiyi təmizləyərək içindən tər-təmiz su əldə etməsi, şübhəsiz ki, üstün ağılın göstəricisidir. Yer üzündəki bütün canlıların varlığını bəsit təsadüflərlə açıqlamağa çalışan təkamül nəzəriyyəsini kökündən məhv etmək üçün təkcə bu sistem belə kifayət edir. Çünki ifrazat sisteminin işləməsi üçün bir-birindən asılı olmayan bir çox hissə eyni anda mövcud olmalı və bunlar bir-biri ilə tam uyğun işləməlidirlər.

Məsələn, bu sistemdə hipofiz vəzindən böyrəklərə əmr aparan antidiuretik hormon olmasa, ciddi xəstəlik meydana gələr. Bu xəstəlikdə gündəlik sidik ifrazatı 1,5 litr əvəzinə 25-30 litrə çatar və ölümcül nəticələr doğurar.