Atın təkamülü əfsanəsi

Atın təkamülü əfsanəsi

Təkamülçülər “atın təkamülü” əfsanəsini  məməlilərin mənşəyi mövzusunda ön plana çıxarırlar. Bu bir əfsanədir, çünki elmi tapıntılara deyil, xəyal gücünə əsaslanır.

Yaxın vaxtlara qədər təkamül nəzəriyyəsinə sübut olaraq göstərilən fosil siyahısının ən başında “atın təkamülü” ilə bağlı sxemlər yerləşirdi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını qəbul edir. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə olunduğu bir iclasda təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir dayağı olmadığını belə açıqlamışdır:

“Təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan günümüzdəki daha böyük tək dırnaqlı ata doğru mərhələli dəyişiklik olduğunu göstərən məşhur atın təkamülü nümunəsinin əsassızlığı çoxdandır ki, elmə məlumdur. Mərhələli dəyişiklik yerinə, hər növün fosilləri tamamilə fərqli şəkildə ortaya çıxır, dəyişmədən qalır, sonra da nəsli tükənir. Ara-keçid formalar bilinmir.” (Boyce Rensberger, Houston Chronicle, 5 noyabr 1980-cı il, bölmə 4, s. 15.)

Rensberqer dürüst bir yanaşma ilə atın təkamülü ssenarisindəki bu mühüm problemi dilə gətirərkən,əslində, bütün nəzəriyyənin ən böyük problemi olan“ara keçid formaları çətinliyi”ni gündəmə gətirmişdir.

Atın təkamülü sxemləri haqqında Amerika Təbiət Tarixi Muzeyindən məşhur təkamülçü paleontoloq  Colin Patterson də hələ İngiltərə Təbiət Tarixi Muzeyində duran bu sxem haqqında bunları söyləyir:

Həyatın təbiəti haqqında hər biri bir-birindən xəyali bir çox yanlış hekayələr vardır. Bunun ən məşhur nümunəsi isə bəlkə 50 il əvvəl hazırlanmış olan və hələ də aşağı mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü, bir-birini izləyən yüzlərlə elmi qaynaq tərəfindən böyük bir gerçək kimi təqdim edilmişdir. Ancaq indi, bu tip iddiaları ortaya atan kəslərin etdikləri proqnozlar, yalnız fərziyyə olduqlarını düşünürəm.

Həyatın təbiəti haqqında hər biri bir-birindən xəyali bir çox pis hekayələr mövcuddur. Bunun ən məşhur örnəyi isə bəlkə 50 il əvvəl hazırlanmış və hələ də muzeydə olan atın təkamülü sərgisidir. Atın təkamülü bir-birini izləyən yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Lakin indi bu tip iddiaları ortaya atan insanların etdikləri təxminlərin yalnız fərziyyə olduqlarını düşünürəm. (Colin Patterson, Harper’s, fevral 1984, səh. 60)

Bəs “atın təkamülü” ssenarisinin mənbəyi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli növ canlılara aid fosillərin təkamülçülərin xəyal gücləri istiqamətində kiçikdən böyüyə doğru düzülməsi ilə yaradılan sxemlərlə ortaya atılmışdır. Müxtəlif tədqiqatçıların önə sürdüyü 20-dən artıq atın təkamülü sxemi vardır. Hamısı da bir-birindən fərqli olan bu nəsil ağacları haqqında təkamülçülər arasında da vahid  fikir yoxdur. Bu siyahıdakı tək ortaq cəhət 55 milyon il əvvəlki Eosen dövründə yaşamış  Eohippus (Hyracotherium) adlı itə bənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş əcdadı olaraq təqdim edilən Eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və oxşarlığı olmayan  daman (Hyrax) adlı heyvanın demək olar ki, eynisidir. (Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, Ticknor and Fields, New York, 1982, s. 30-31.)

Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün aşkarlanan yeni fosil tapıntıları ilə daha aydın şəkildə anlaşılır. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (Equus nevadensis və Equus occidentalis) fosilləri tapılmışdır. Bu, dövrümüzdəki at ilə onun “əcdadının” eyni zamanda yaşadığını göstərir ki, atın təkamülü iddia edilən həmin mərhələnin heç vaxt yaşanmadığının sübutudur.

Təkamülçü yazar Qordon Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu “The Great Evolution Mystery” (Böyük təkamül sirri) adlı kitabında at silsilələri əfsanəsinin əslini belə izah edir:

“Darvinizmin bəlkə də ən ciddi zəifliyi paleontoloqların böyük təkamül dəyişikliklərini göstərən qohumluq münasibətlərini və canlı təsnifatını ortaya qoya bilməmələridir… At silsiləsi bu mövzunun həlli olaraq yeganə nümunə kimi göstərilir. Lakin həqiqət budur ki, Eohippusdan Equusa qədər uzanan siyahı çox əsassızdır. Bu siyahıdakı canlıların bədən böyüklüyü getdikcə artan istiqamətdə gedir, lakin əslində, siyahının ilk sıralarına qoyulan canlıların bəziləri (siyahının ən başında yerləşən) Eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Fərqli mənbələrdən gələn növlərin bir yerə gətirilib qaneedici bir görüntüyə sahib olan bir sırada ard-arda düzülmələri mümkündür, amma tarixdə həqiqətən bu sıra içində bir-birlərini izlədiklərini göstərən heç bir sübut yoxdur. (Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books, London, 1984, s. 230.)

Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən böyük dəlillərindən biri kimi təqdim olunan atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali sıralamalar olduğunu ortaya qoyur. Digər növlər kimi atlar da təkamül keçirən bir əcdadları olmadan mövcud olmuşlar.