Hörümçək torunda Allahın incə sənəti

Hörümçək torunda Allahın incə sənəti

Hörümçəklərin ən çox tanınan xüsusiyyəti tor qurmalarıdır. Ancaq istər torlarında, istərsə də torun ipliyində möcüzəvi xüsusiyyətlər var. Hörümçək toru ağırlığı daşıyan skelet ipliklər, bu ipliklərin üzərinə yerləşdirilmiş spiralvarı yapışqan ipliklər və torun iplərini bir-birinə birləşdirən rabitə iplərindən təşkil olunub. Spiralvarı yapışqan ipliklər skelet ipliklərə tam birləşmirlər. Beləliklə, tora düşən həşərat xilas olmağa çalışdıqca yapışqan tora bir az da yapışır. Həşəratın üstünə tamamilə yapışan iplik tədricən elastikliyini itirərək bərkiyir. Bu şəkildə həşərat sıxılır, hərəkətsiz qalır. Bundan sonra isə ov sanki qablaşdırılmış hazır qida kimi möhkəm skelet ipliklərin üstündə qalır, hörümçək gələrək ovuna son zərbəni vurur.

Mikroskop altında hörümçək torunun telləri hamar görünür. Lifin nüvəsi “nanofibril” adlanan ortaq mərkəzli kiçik ipliklərlə əhatə olunub. Bu nanofibrillər bəzi təbəqələrdə lifin oxu istiqamətində yerləşir, bəzi təbəqələrdə isə spiralvarı nərdivan kimi lifin ətrafını əhatə edirlər. Bu quruluş böyük miqdarda enerjinin sorulmasına kömək edir. Hörümçək torunun bu xüsusiyyəti həşəratların tutulmasına səbəb olur.

Torun fiziki qanunları alt-üst edən tutma mexanizmi

Allah hörümçək torunun sistemini çox mürəkkəb yaradıb.  Uçan həşəratların üstü tozcuqlar və hava yolu ilə daşınan maddələrlə örtülü olur. Havada uçuşan hər şey elektriklə yüklüdür. Fiziki qanunlara görə bir maddənin digər maddəyə yapışması üçün əks qütblər olmalıdır, ona görə də həşəratın tora yapışması üçün biri müsbət, digəri mənfi yüklü olmalıdır. Çünki eyni qütblər bir-birini itələyir. Bu təqdirdə, hörümçək toru həşəratı tuta bilməz və həşərat tora yapışmayıb qaçar. Məhz burada gözlənilməz hadisə baş verir. Hörümçək toru həşərata yapışır. Çünki hörümçək torunda fiziki qanunları alt-üst edən sistem var.

Allah hörümçək torunun bütün səthini elektrostatik xüsusiyyətə malik maddə ilə örtmüşdür. Bu maddə torun həm uçan həşəratları, həm də həşəratların üstündə daşınan kir və tozcuqlar kimi zərrəcikləri tutmasına kömək edir. Ancaq bununla bitmir. Bu maddə hörümçək torunun üstündə sadəcə bir neçə millimetrlik sahədə Yerin elektromaqnit sahəsini pozur və beləcə, müsbət və ya mənfi yüklü olmasından asılı olmadan hər cismə yapışır.

Elm adamlarını illərdir maraqlandıran digər məsələ də həşəratların həssas duyğu orqanları olmasına baxmayaraq, hörümçək torunu hiss etməmələridir. Allah həşəratları elə yaradıb ki, ən kiçik elektrik dəyişikliyi olduqda bunu həssas lamisə orqanları ilə hiss edirlər. Bığcıqları bir növ elektron sensor kimi işləyir. Bığcığın ucundakı elektrik yükü həşəratın bədənindəki elektrik yükündən fərqlidir. Həşəratın bu qədər həssas sensorlarının olmasına baxmayaraq, toru görməyib yapışmasının səbəbi isə hörümçək torunun millimetrlik bir hissəsində Yerin elektromaqnit sahəsini pozmasıdır. Həşərat bu elektrik dəyişikliyini hiss edə bilmədiyinə görə tora yapışır.

Hörümçək torunun təsirli tələ olması üçün təkcə yapışqan xüsusiyyətdə olması və ya müxtəlif ipliklərdən toxunması kifayət deyil. Məsələn, tor uçan həşəratları dayandırmağa da qabil olmalıdır.

 Toru təşkil edən ipliklər həm çox möhkəm, həm də elastikdirlər. Lakin torun elastikliyi müxtəlif yerlərdə fərqli nisbətdədir.

Əgər ipliklərin gərilmə ölçüsü lazım olduğundan az olsaydı, tora toxunan böcək gərilmiş yaya toxunmuş kimi gəldiyi istiqamətə doğru geri atılardı.Əgər ipliklərin elastiklik payı lazım olduğundan çox olsaydı, böcək toru çox boşaldar, yapışqan ipliklər bir-birinə yapışar və tor pozulardı.

İpliyin elastiklik ölçüsü hesablanarkən küləyin təsiri də nəzərə alınır. Beləliklə, əsən külək toru gərərsə, yenidən tor əvvəlki vəziyyətinə qayıdır.

Elastiklik ölçüsü torun birləşdiyi yer üçün də vacibdir. Məsələn, tor ota birləşdirilibsə, torun elastikliyi otun hərəkətindən qaynaqlanan gərilmələri aradan qaldıracaq vəziyyətdə olmalıdır.

Göründüyü kimi, torun hər xüsusiyyəti möcüzəvi quruluşdadır. Hər ehtimal düşünülüb. Bunları nəzərə aldıqda təkamül nəzəriyyəsinin iddiasının ağıldan kənar olduğu bir daha üzə çıxır.

O, yaradan, yoxdan var edən,  surət verən Allah`dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa  Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

Hörümçək toru haqqında möcüzəvi məlumatlar

Təbii və ya süni liflərdən fərqli olaraq hörümçəyin ipəyi yumşalıb-bərkimək xüsusiyyətinə malikdir və bu səbəbdən müxtəlif yükləri daşıya bilir.
Tor istehsalında istifadə olunun maddələrlə müqayisədə hörümçək ipəyi qırılan budaqlara və ya güclü küləklərə qarşı 6 dəfə çox davamlıdır.

Tora hər hansı ağırlıq tətbiq edildikdə ancaq bir teli qopur, hörümçək yenidən tor qurmaq əvəzinə qırılan teli bərpa edir.

Diametri 1000 mm-in 1000-də 1-indən də az olan bu iplik eyni qalınlıqdakı polad simdən 5 dəfə möhkəmdir. Poladdan 5 dəfə möhkəm olan ip kauçukdan 30% daha elastikdir və öz uzunluğunun 4 misli qədər gərilir.

Hörümçəyin hasil etdiyi ipi dartmaq üçün əla keyfiyyətli neylona sərf olunan gücdən daha çox güc tələb olunur. Hörümçəyin belə möhkəm iplik istehsal etməsinin əsas səbəblərindən biri, özül zülal komponentlərinin kristallaşmasına və dözümlülüyünə nəzarət edərək nizamlı olaraq yan birləşmələr əlavə etməsidir. Torun maddəsi maye kristal olduğundan hörümçəklər minimum qüvvə sərf edirlər. Alimlərin uzun illərdir araşdırdıqları hörümçək ipliyinin istehsalı ən azından 380 milyon ildir ki, hörümçək tərəfindən qüsursuz şəkildə hörülür.

…Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.(Hud surəsi,56)