Canlılar təhlükələr zamanı bir-birlərini xəbərdar edirlər

Canlılar təhlükələr zamanı bir-birlərini xəbərdar edirlər

Sürü halında yaşamağın ən böyük üstünlüklərdən biri təhlükə zamanı daha çox müdafiə oluna bilmələridir. Çünki sürü halında yaşayan heyvanlardan hər hansı biri təhlükəni hiss etdikdə səssizcə hadisə yerindən qaçmaq yerinə bütün gücünü toplayaraq ətrafındakı digər heyvanları da xəbərdar edirlər. Hər növ canlının özünə xas xəbərdarlıq forması var. Məsələn, dovşanlar və bəzi marallar təhlükəni hiss etdiklərində ətraflarındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını yuxarı qaldırırlar. Ceyranlar isə tullanaraq çox maraqlı rəqs edirlər. (Tony Seddon, Animal Parenting, s. 42)

Bir çox kiçik quşlar düşmənlərini sezdikdə dərhal cikkildəyərək xəbər verirlər. Sarıköynək kimi quş növləri xəbər verərkən məhdud tezlik intervalında yüksək səs çıxarırlar. İnsan qulağı bunu incə fit səsi kimi eşidir. Bu səsin ən vacib xüsusiyyəti isə mənbəyinin hansı istiqamətdə olmasının müəyyən edilə bilməməsidir. (Peter JB Slater, The Encyclopedia of Animal Behavior, s. 114)

Bu, sürüsünü xəbərdar edən quş üçün çox vacib üstünlükdür. Çünki quş əslində düşməni gördükdə qışqıraraq bütün diqqəti üstünə çəkməyi gözə alır. Amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır.

Koloniyalar halında yaşayan böcəklərdə də təhlükəni ilk hiss edən böcək bütün koloniyanı xəbərdar edir. Ancaq təhlükəni xəbər verən böcəyin ifraz etdiyi qoxu düşmənin də diqqətini çəkir. Buna görə də koloniyasını təhlükə zamanı xəbərdar edən böcək ölümü də gözə almış olur. (Edward O. Wilson, Sociobiology: The New Synthesis, The Belknap Press of Harvard University Press, England 1975, s. 123)

Çayır itləri böyük koloniyalar şəklində yaşayırlar. Sanki bir şəhərə bənzəyən yuvaları təxminən 30 heyvanın yaşaya bildiyi hissələrə ayrılmışdır. Bu şəhərdəki bütün heyvanlar bir-birilərini tanıyırlar. Tunelin çıxışlarında və girişlərində olan təpəciklərin üzərində hər zaman bütün istiqaməti görə biləcək şəkildə arxa ayaqları üzərində durub keşik çəkən heyvanlar var. Növbətçilərdən biri düşmən görsə, fit səsinə bənzər uzun-uzadı hürür. Bu xəbərdarlıq digər növbətçilər tərəfindən də təkrarlanaraq bütün şəhərdə eşidilməsinə səbəb olur. (David Attenborough, Yaşadığımız Dünya, İnqilab Nəşriyyat 1985, s. 178)

Burada ilk əvvəl diqqət edilməsi lazım olan bir cəhət var. Canlıların bir-birlərini fədakar cəhdlərlə xəbərdar etməsi əlbəttə düşündürücüdür. Ancaq daha da vacib olan bu heyvanların bir-birlərini "başa düşməsi"dir. Yuxarıda bəhs etdiyimiz canlılardan biri olan, məsələn, dovşan quyruğunu havaya qaldırdığı zaman ətrafındakı digər canlılar onun bir təhlükə siqnalı verdiyini dərhal qavrayır və buna uyğun tədbir alırlar.Yəni oradan uzaqlaşmaları lazımdırsa uzaqlaşır, gizlənmələri lazımdırsa gizlənirlər. Burada düşünülməsi lazım olan məhz budur: Bu heyvanlar bu işarəni gördüklərində qaçmaları lazım olduğunu anlayırlarsa bu heyvanların əvvəldən bunu öz aralarında danışaraq qərarlaşdırmaları lazımdır ki, ilk əmrdən sonra dərhal tətbiq etsinlər. Bu təbii ki, heç bir ağıllı insanın qəbul edə bilməyəcəyi bir hadisədir. Elə isə qəbul edilməsi lazım olan tək həqiqət budur: Bütün bu heyvanlar tək bir Yaradıcı tərəfindən yaradılmış və Onun ilhamı ilə hərəkət edirlər.

Burada gözardı edilə bilməyəcək dərəcədə şüurlu davranışlardan bəhs edilir. Şübhəsiz ki, bir canlının təhlükəyə qarşı digər canlıları xəbərdar edəcək bir hərəkəti "düşünməsi" və digərləri ilə razılaşıb bunu həyata keçirməsi mümkün deyil. Bu halda qarşımıza çıxan bu şüurlu və ağıllı hərəkətlərin bir açıqlaması var: Bu canlıların hər birinin sahib olduqları qabiliyyətlər, göstərdikləri davranışlar özlərinə öyrədilir. Bütün bunları həmin canlılara öyrədən və tətbiq etdirən, hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah’dır.