Tutuquşu balığının yuxu ortüyü

Tutuquşu balığının yuxu ortüyü

Tutuquşu balıqları, xüsusilə, gecə vaxtı özlərinin ifraz etdikləri jelatinə bənzər bir maddə ilə bütün bədənlərini örtürlər.

Bu maddə balığı gecələr ovlanan və ciddi təhlükə törədən düşmənlərindən qoruyarkən, bir yandan da balığın kamuflyaj üsulu ilə gizlənməsini təmin edir.

Bu jelatinə bənzər örtük əvvəlcə qəlsəmə boşluğunun yuxarısında olan ifrazat vəzisindən nəfəs alıb-verərkən ifraz olunur. Bir müddət sonra bu örtük balığın bütün bədənini bürüyür. Bu şəffaf yuxu paltarının ən əhəmiyyətli funksiyası da balığı ən böyük düşmənlərindən olan muraena balıqlarına qarşı qorumaqdır. Muraenalar həssas qoxu hiss etmə qabiliyyətinə sahibdirlər və ovlarını bu qabiliyyətləri sayəsində taparlar. Lakin bu qoruyucu çanaq sayəsində muraen, tutuquşu balığının qoxusunu ala bilmədiyi kimi, yanından keçərkən ovuna dəysə belə, onu fərq edə bilmir.

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır. (Nəhl surəsi 66)