Anqut quşlarının balalarına şəfqəti

Anqut quşlarının balalarına şəfqəti

Şüursuz bir canlınıın balasını doğduqdan sonra tərk edib getməsi gözlənilir. Ancaq tam əksinə, heyvanlar balalarının bütün məsuliyyətini boyunlarına götürürlər. Belə ki, onları irəlidə qarşılaşacaqları təhlükələrdən qorumaq üçün tədbir görməyi belə unutmurlar.

Bununla bağlı ən gözəl nümunələrdən biri su quşlarından olan anqutlardır. Anqutlar balalarını arxalarında daşıyırlar. Balalar ana-atalarından birinin arxasına çıxırlar. Ana balalarının üstündən yıxılmaması üçün qanadlarını bir az yuxarı qaldırır və balalarını başını yana doğru uzadaraq dimdiyinə aldığı qida ilə yedirir.

Lakin anqutların balalarına verdiyi ilk şey əsl qida deyil. Anqutlar balalarına əvvəlcə suyun üstündən topladıqları və ya sinələrindən qopardıqları tükləri yedirirlər. Hər bala çox miqdarda tük udur. Bəs bu maraqlı yeməyin səbəbi nədir?

Balaların yedikləri bu tüklər həzm olunmur, ancaq balaların mədəsində toplanır. Bir hissəsi bağırsağa açılan yerdə yığılır. Balıqların qılçıqları və digər qidaların həzm olunmayan hissələri burada toplanır. Beləliklə, sivri balıq qılçıqlarının və ya həşəratların bərk hissəsinin balaların mədəsindən keçərkən bağırsaqların nazik divarlarını zədələməsinin qarşısı alınır. Bu tük yemə təcrübəsi quşun bütün həyatı ərzində davam edir. Ancaq ilk dəfə yedirilən tüklər balaların sağlamlığı üçün görülən mühüm tədbirdir.

Anqutlar kimi balalarının ehtiyaclarını hər cəhətdən təmin etməyə və qorumağa yönələn davranılşları bütün canlılarda görmək mümkündür. Təbiətdəki canlıların hər biri balaları böyüyənə qədər onların qayğısına qalır, ehtiyaclarını tam təmin edirlər.

Təbiətdəki canlılar arasında müşahidə edilən bu davranışları təkamülçülərin “təbiət döyüş meydanıdır, xudbin olan, öz mənfəətini güdən üstün gələr” iddialarını tamamilə əsassız edir. Canlılardakı bu kimi davranışların mənbəyinin isə onların öz ağlından qaynaqlanmadığı, quşun, pələngin və ya başqa hər hansı heyvanın, başqa canlının ehtiyaclarını düşünərək, incəlikləri nəzərə alaraq hərəkət etməyəcəyi aydındır. Bu canlılar Allahın ilhamı ilə hərəkət edirlər. Allah canlılarn hər birinə davranışlarını ilham edir və onlar da bunu əksizsiz şəkildə yerinə yetirirlər. Hər biri özünü Yaradan Allaha boyun əymişdir. Quranda bu həqiqət belə bildirilir:

Göylərdə və yerdə olanlar Onundur. Hamısı Ona boyun əyər! (Rum surəsi, 26)