Təbii Qazmaçılar

Təbii Qazmaçılar

Bitkilərin yaşamaq üçün fotosintez prosesinə, bu əməliyyat üçün də torpaqdan qəbul etdikləri suya və minerallara ehtiyacları var. Bu ehtiyaclarını ödəmək üçün torpağın altında qazma əməliyyatını yerinə yetirən köklərdən istifadə edirlər. Köklərin vəzifəsi torpağın altında sürətlə şaxələnərək su və mineralları sormaqdır. Bununla bərabər, bitki kökləri kövrək strukturlarına baxmayaraq, tonlarla ağırlıqda olan bitkilərin torpaqdan möhkəm yapışmalarını da təmin edirlər.

Köklərin torpaqdan tutma xüsusiyyəti son dərəcə əhəmiyyətlidir, çünki bunun sayəsində  torpaq sürüşmələri, torpağın məhsuldar olan üst laylarının yağışlarla yuyulması kimi mənfi faktorlar da ortadan qalxmış olur. Bu əməliyyatları edərkən köklər heç bir təchizata ehtiyac duymurlar. Köklər torpaqdan suyu çəkmək üçün heç bir mühərrikdən istifadə etmirlər. Suyu və mineralları bir neçə metr uzunluqdakı gövdəyə nasosla vurmaq üçün də  texniki təchizatları yoxdur. Amma köklər çox geniş bir sahəyə yayılaraq suyu çəkə bilirlər. Yaxşı, bəs görəsən köklər bu işi necə bacarırlar?

Bu sistem necə işləyir?

Bir ağcaqayın ağacı isti yay günündə günortadan sonrakı zaman ərzində hər saat təxminən 265 litr su itirir. Bu ağac üçün çox böyük itkidir. Bu miqdarda itirilən suyun dərhal yerinə qaytarılması lazımdır. Bitkilərdə olan qüsursuz kök sistemi sayəsində buxarlanan suyun hər damlası elə  o anda  ödənilir. Torpağın dərinliklərinə doğru şaxələnən köklər bitkinin ehtiyacı olan su və mineralları gövdə və budaqlar vasitəsilə yarpaqlara qədər çatdırırlar. Köklərin torpaqdakı suyu əmmələri sanki bir qazma texnikasını xatırladır. Kök ucları torpaqdakı suyu  tapana qədər torpağın dərinliklərində axtarışı davam etdirirlər. Su bitkinin kökünə əvvəlcə xarici pərdəsindən daxil olur. Hüceyrə içindən və hüceyrə qabıqlarından gövdə toxumasına keçir. Buradan da bitkinin hər hissəsinə paylanır. Bitkinin qüsursuz şəkildə həyata keçirdiyi bu əməliyyat əslində son dərəcə kompleks bir əməliyyatdır. Belə ki, bu sistemin sirri texnologiya və kosmos çağına çatdığımız indiki vaxtda belə tamamilə aşkar edilməyib. Ağaclardakı "hidrofor sistemi"nin varlığı təxminən iki əsr bundan əvvəl kəşf edilmişdir. Ancaq suyun yerin cazibə qüvvəsinə zidd olan bu hərəkətinin necə reallaşdığını aşıqlayan qanun hələ tapılmayıb. Bu mövzuda elm adamları yalnız müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bu nəzəriyyələrin ortaya qoyduğu mexanizmlərdən təcrübələrlə isbat edilənlər müəyyən nisbətdə etibarlı sayılır. Elm adamlarının bütün bu səylərinin sonunda aldıqları nəticə əslində hidrofor sistemindəki qüsursuzluqdur. Belə kiçik sahəyə yerləşdirilən texnologiya bu sistemin dizaynçısının bənzərsiz ağlını bizə göstərən dəlillərdən yalnız biridir. Ağaclardakı daşıma sistemləri də kainatdakı hər şey kimi Allah tərəfindən yaradılmışdır.