Buqələmunun dili reaktiv təyyarədən daha sürətlidir

Buqələmunun dili reaktiv təyyarədən daha sürətlidir

Zoologiya dərsliyində buqələmunun ballistik (ballistika-yunanca atmaq sözündəndir, güllə və mərmiləri araşdıran elm sahəsidir) dilinin sürətləndirici əzələ ilə gücləndirildiyi bildirir. Bu əzələ sərt qığırdaqdan ibarət dil sümüyü üzərində gərildikcə uzanır. Ancaq “Proceedings of the Royal Society of London (Series B)” jurnalında dərc olunmuş bir tədqiqatda buqələmunun qidalanmasını tədqiq edən iki morfoloq (morfologiya mütəxəssisi) bu canlının dilinin sürətli hərəkəti ilə əlaqədar başqa amillərin olduğunu müəyyən etmişlər.

Hollandiyalı tədqiqatçılar Leyden Universitetindən Yurian de Qrut və Vaqeninqen Universitetindən Yohan van Leven buqələmunun ovunu tutarkən dilindən necə istifadə etdiyini müşahidə etmək üçün saniyədə 500 kadr yadda saxlayan sürətləndirilmiş şəkil çəkdilər. Fotolardan buqələmunun dilinin 50 G (G-qravitasiya sabitidir) sürətləndiyini aydın oldu. Bu sürət reaktiv təyyarənin sürət həddindən beş dəfə çoxdur.

Dil toxumalarını təhlil edən tədqiqatçılar sürətləndirici əzələnin lazımi qüvvəni təkbaşına əldə etmək gücü olmadığını hesabladılar. Tədqiqatlar nəticəsində sürətləndirici əzələ ilə dil sümüyü arasında bu günə qədər məlum olmayan ən az 10 sürüşkən örtük olduğu kəşf edildi. Buqələmunun dil sümüyünə bağlanmış örtüklərin spiral kimi sarılmış zülal liflərdən təşkil olunduğu aşkarlandı. Bu liflər sürətləndirici əzələ sıxıldıqda formasını dəyişdirir və gərilmiş rezin kəmər kimi enerji yığırlar. Sürüşkən örtüklər dil sümüyünün ucuna çatdıqda olduqları yerdən eyni anda sürüşür, qüvvə ilə gərilir və dili itələyirlər. Liflər dil sümüyündən sürüşən kimi örtüklər teleskopun lüləsinin hissələri kimi bir-birlərindən ayrılırlar və beləcə dil maksimum uzunluğuna çatır. Van Leven dilin "teleskopik bir sapand kimi" işlədiyini söyləyir.

Bu sapandın maraqlı xüsusiyyətlərindən biri də dilin ucunun ova toxunma anında vakuum şəklini alır. Bu vaxt buqələmunun dili normal vəziyyətindən 6 buqələmunun uzunluğunun 2 mislindən daha çox uzana bilir.

Buqələmunun dilində iç-içə keçmiş bu örtükləri təkamüllə izah etmək qeyri-mümkündür. Yaradılışı müdafiə edən alim dr. Bred Harrub bir məqaləsində bu mövzu ilə əlaqədar təkamülçüləri çətinliyə salan suallar verir:

1) Bu örtüklərin hər biri doğru mövqeyə uyğun necə təkamül keçirib?

2) Dil bu uzunluğa necə çatıb?

3) Sürətləndirici əzələ necə ortaya çıxmışdır?

4) Örtüklər hərəkətlərini dili maksimum uzunluğa çatdıracaq şəkildə necə koordinasiya ediblər?

5) Örtüklər “teleskopun lüləsinin hissələri kimi bir-birlərindən ayrılma” qabiliyyətinə necə sahib olublar?

6) Buqələmun dilini uzatdıqdan sonra bütün bu hissələri yenidən yığmağı necə bacarıb?

7) Əgər bu dil təkamüllə əldə edilibsə, digər heyvanlarda bu üstünlük niyə təkmilləşməmişdir və başqa heyvanlar buna bənzər ovlanma metodlarına sahib olmamışlar?

8) Buqələmun (və ya guya təkamül keçirmiş əcdadının) bütün bu kompleks sistemlər yavaş-yavaş təkamül keçirərkən necə həyatda qala bilmişdir?

Təkamülçülər əsla bu sualları cavablandıra bilməzlər. Buqələmunun dilinin üfüqi kəsiyini sxematik şəkildə göstərən soldakı şəkil bu mükəmməl sistemin xüsusi dizaynla yaradıldığını göstərir. Müxtəlif funksiyaları icra edən əzələ qrupları dilin atılması, sürətləndirilməsi, hədəfə dəydikdə şiv budaq şəklini alması və sürətlə geri çəkilməsi vəzifələrini qüsursuz yerinə yetirirlər. Bu əzələ qrupları bir-birlərinin hərəkətlərinə qətiyyən mane olmur, ovun bir saniyədən az müddətdə vurulub ağız içinə çəkilməsində mütəşəkkil şəkildə çalışırlar. Bundan əlavə, görmə sistemi ilə beyinin birgə fəaliyyəti sayəsində ovun yeri hesablanır, daha sonra beyindəki neyronlara siqnal göndərməklə ballistik dilin "atəş açma" əmri verilir.

Əlbəttə, buqələmun belə kompleks bir quruluşu özü düşünüb dizayn edə bilməz. Bu dizayn sonsuz güc və ağıl sahibi Yaradıcının varlığını göstərir. Şübhəsiz, buqələmunu yaradan hər şeyi bilən, əziz və hakim olan uca Allahdır. Allah bir Quran ayəsində belə bildirir:

“Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)

1. Menno Schilthuizen, “Slip of the Chameleon’s Tongue,” Science Now, 8 Mart 2004, http://sciencenow.sciencemag.org/cgi/content/full/2004/308/1

2. Brad Harrub, “The Chameleon’s Incredible (Tongue) Acceleration!”, http://www.apologeticspress.org/inthenews/2004/itn-04-08.htm